Icma.az
close
up
RU
19 yaşlı oğlan gecə evdən qaçan qızı dostugilə apardı: Qapıpəncərəni bağlayıb... Şok

19 yaşlı oğlan gecə evdən qaçan qızı dostugilə apardı: Qapıpəncərəni bağlayıb... Şok

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Sabirabad rayonunda 2006-cı il təvəllüdlü Tural yetkinlik yaşına çatmayan Maya (işdə olan bəzi adlar şərti verilib - red.) ilə cinsi əlaqədə olub, ona təcavüz edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Tural Sabirabad rayon Mədəniyyət Mərkəzi nəzdində yerləşən “Hophopnamə” kitab klubunda tanış olaraq münasibət qurduğu 2011-ci il təvəllüdlü Mayanın ailə üzvləri ilə münasibətlərinin pozulmasından istifadə edib. Ona guya müvəqqəti qalmaq üçün ev təşkil edəcəyini bildirib. Gecə saat 01:30-da onu dostu Sərxanın yaşadığı evə gətirib.

Tural həmin vaxt ev sahibinə Mayanı bacısı kimi təqdim edib və onunla birlikdə həmin evdə Maya üçün ayrılmış yataq otağına keçib. Gecə saat 3 radələrində Mayanın etirazına məhəl qoymadan zor tətbiq etməklə əynində olan geyimi soyundurub. Daha sonra özü də soyunaraq onunla zorla cinsi əlaqədə olub.

Daha sonra Mayanın etirazlarına və yalvarışlarına məhəl qoymayıb, onunla qeyri-təbii yolla da cinsi əlaqədə olub, digər seksual xarakterli hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Turalın barəsində Cinayət Məcəlləsinin 149.3.3 (zorlama - on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri - on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü Cinayət Məcəlləsinin 149.3.3 və 150.3.3-cü maddələri ilə deyil, Cinayət Məcəlləsinin 152.2-ci (on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirli bilib.

“Ev tapmağımı xahiş etdi”

Tural ifadəsində göstərib ki, bayram tədbirlərində Sabirabad Mədəniyyət evində animator kimi işləyib, mütəmadi “Hophopnamə” kitab mərkəzində olub: “Mayanı ilk dəfə orada tanımışam. 2024-cü ilin yanvarında keçirilən yeni il tədbirində tanış olduq. Təxminən may ayında dostum Elxandan konsert proqramında səsləndirmə aparması üçün mənə bir nəfər şəxs tapmasını xahiş etdim. Elxan da Mayanı tövsiyə etdi.

Mayaya yaxınlaşaraq onunla söhbət etdim, nömrəsini aldım və onunla danışdım. Maya ailəsi ilə problem yaşadığını və qala bilməsi üçün ev tapmağımı xahiş etdi. Mən də dostum Sərxanla danışdım, ona qonağıma ev tapmaq lazım olduğunu bildirdim. Lakin o, özü və mən evdə qalmayacaqdıq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Maya ilə birlikdə evə baxıb və Maya evdə qalmağa razılıq verib: “Evə daxil olduqdan sonra Maya tək qalmaq istəmədiyini, mənim də qalmağımı xahiş etdi. Ona qala bilməyəcəyimi, səhər işə getməli olduğumu söylədim.

Mən Mayanın çöldə qalmasına razı ola bilməmişdim, lakin onu öz evimə də apara bilməzdim”.

“Cinsi əlaqədə olmamışam”

Turalın sözlərinə görə, iyunun 4-də gecə saat 2 radələrində Maya ona SMS yazaraq evdən çıxdığını, gəlib onu aparmağını bildirib: “Maya ilə dostum Sərxanın evinə getdik. Sərxanın atasına onu mənim qohumum kimi təqdim elədik. Sonradan Maya evdə qalmasına görə Sərxana 50 manat verdi.

Əvvəlcə Maya ilə ayrı otaqlarda qaldıq. Sonra Mayanın yatmayıb ağladığını gördüm. Onun yanına getdim, ağlamağının səbəbini soruşdum. Əvvəllər maraqlandığım üçün Mayanın məni sevdiyini bilirdim. Otaqda Mayanın əlindən tutaraq bir dəfə öpdüm, başqa aramızda heç nə olmadı.

Səhəri gün Mayanı yola saldıqdan sonra anasının qızının qaçırılması barədə şikayət etdiyini öyrəndim.

Mən Maya ilə cinsi əlaqədə olmamışam. Sadəcə onun əlindən tutaraq öpmüşəm. Həmin zaman içkili olmamışam”.

“Maya əlimdən tutdu”

Təqsirləndirilən Turalın məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaqdakı ifadə arasında ziddiyyətlər müəyyən olunub. Bu səbəbdən onun ibtidai istintaq ifadəsi elan edilib.

Tural ibtidai istintaqa bildirib ki, hadisə zamanı Maya onun əlini tutaraq qucaqlayıb: “Daha sonra Maya mənim üzümdən öpdü. Bu vaxt ehtiraslandığım üçün dayana bilmədim, onun üzündən, dodağından, boynundan bir müddət öpdüm. Maya ilə öpüşərkən istiləndiyim üçün köynəyimi çıxardım. Mayanın da köynəyi bir az qalxdı. Mən əlimi Mayanın belində gəzdirdim. Şalvarını əlimlə bir az aşağı saldım, yarıya kimi endirdim. Köynəyi də büstqalterə kimi qalxdı. Daha sonra onun sinəsindən öpərkən mənə “öpmə” dedi. Bu səbəbdən öpmədim”.

Tural qeyd edib ki, daha sonra şalvarını dizi ilə aşağıya çəkib və Mayaya qarşı seksual xarakterli hərəkətlər edib: “Belindən tutaraq yataqda üstünə çıxdım. Təxminən 15 dəqiqə sevişdik. Daha sonra cinsi aktımızı başa çatdırdıq. Bundan sonra çölə çıxdım, siqaret çəkdim. Geri qayıdanda Mayanın yatdığını gördüm. Onun üstünü örtərək mən də yatdım”.

“İntim söhbət etmədik”

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Mayanın sözlərinə görə, 2023-cü il dekabrın 26-da Sabirabad Mədəniyyət evində “Qış nağılı” adlı tədbirdə Turalla tanış olub: “2024-cü ilin mart ayının sonlarında “Hophopnamə” kitab klubuna getdim. Orada bir nəfər şəxs Turalın mənə məlumatları atacağını bildirdi, əzbərləyərək səsləndirməyimi istədi. Orada bacımın nömrəsini Turala verdim. Tural da axşam bacımın votsap nömrəsinə məlumatları atdı və əzbərləməyimi istədi.

Bir neçə gün sonra Tural “İnstagram” hesabından Ramilə adlı rəfiqəmə yazaraq mənim “İnstagram” hesabımı istədi. Ramilə verməkdən imtina etdi. Aprel ayının əvvəllərində Turalın nömrəsinə öz nömrəmlə yazdım və həmin tarixdən mütəmadi Turalla yazışdıq. Lakin yazışmaları ancaq səsləndirmə ilə bağlı idi, intim söhbət etmədik.

Sonradan Tural nişanlı olduğunu bildirdi, səsləndirməni nişanlısının edəcəyini dedi. Daha sonra nömrəsini silməyimi istədi. Mən də onun Turalın nömrəsini sildim”.

Zərərçəkmiş qeyd edib ki, anası onda Turalın nömrəsini gördüyü üçün telefonunu əlindən alıb: “May ayının sonlarında kitab klubunda olarkən Tural yaxınlaşaraq mənimlə dost olmaq istədiyini bildirdi, xoş sözlər dedi. İyun ayının 1-də bacımın votsap nömrəsindən Turala yazaraq anamla dalaşdığımı, telefonumu əlimdən aldığını bildirdim. Tural səs ataraq mənə ev tapacağını və məni həmin evə aparacağını, rəfiqəm Ramilənin də ora gələcəyini bildirdi. Turalı yola vermək üçün ümumi formada yaxşı dedim”.

“Gizlincə evdən çıxdım”

Mayanın sözlərinə görə, 2024-cü ilin iyun ayının 3-də axşam saatlarında Tural bacısının nömrəsinə yazaraq ona ev tapdığını deyib, axşam restoranın yanına gəlməsini istəyib: “Mən də qonaqlıqda olduğumu bildirərək gələ bilməyəcəyimi dedim.

Lakin Tural mənə “Maya, əgər oyun oynayırsansa, bizi qorxuzursansa, arxa-dayağım olası polis dostum var” deyə bildirdi. Kim olduğunu soruşduqda mühafizə polisi olduğunu dedi. Həmin gün gecə saat 12-ə yaxın Tural bacımın nömrəsinə yazaraq axşam gələcəyini, ağacın altında gözləyəcəyini, Sərxanın da yanında olacağını bildirdi.

Saat 01:30-da mənə yazaraq evdən çıxmağımı, üstümdə pul götürməyimi istədi. Mən də məşğələnin pulunu götürərək gizlincə evdən çıxdım”.

“Qapının bağlı olduğunu gördüm”

Maya qeyd edib ki, piyada Sərxangilin evlərinə gediblər: “Sərxanın atası Rasim bizə çay təklif etdi. Daha sonra bizdən bacı-qardaş olub-olmadığımızı soruşdu. Mən də Turalla bacı-qardaş yox, dost olduğumuzu bildirdim.

Daha sonra Rasim bizə hadisə olan otağı göstərdi, mənim orada, Turalın isə çöldəki otaqda qalacağını bildirdi. Biz otaqlara keçdik. Bir müddət sonra Tural yanıma gələrək Sərxanı çağırdı və otaqdakı pəncərəni bağlamasını istədi.

Sərxan pəncərəni bağlayandan sonra Tural qapını da örtüb, mənim yanıma gəldi. Sərxanla söhbət etdi, söhbətdən sonra Sərxan gedib yüksək səsli musiqi qoşdu.

Tural bir müddət telefonla oynadıqdan sonra cihazı söndürdü. Ondan təkrar rəfiqəm Ramilənin bura gəlib-gəlməyəcəyini soruşdum. O da Ramilənin gəlməyəcəyini dedi. Qapını açıb çölə çıxmaq istəyəndə məlum oldu ki, qapı bağlıdı”.

“Şok içində nə edəcəyimi bilmədim”

Mayanın ifadəsinə görə, Tural onu çarpayıya aparıb, əlindən tutaraq köynəyini çıxarmağa başlayıb: “Sinəmdən öpməyə başladı. Etiraz etsəm də, hərəkətlərinə davam etdi, bütün paltarlarımı əynimdən çıxardı. Müqavimət göstərərkən sağ qolumun dirsək nahiyəsində cızıq yarandı.

Daha sonra öz əynində olan paltarları soyundu. Mənə qarşı intim hərəkətlər etməyə başladı, əllərimi tutdu ki, mane ola bilməyim. Cinsi əlaqədə olmağa çalışanda etiraz elədim, istəmədiyimi bildirdim. O isə əhəmiyyət vermədi. Təxminən 5-10 dəqiqə ərzində cinsi əlaqədə oldu.

Bir neçə dəqiqə sonra məni arxası üstə çevirərək yenə də əllərimi tutdu. Ona mane olmağa çalışdım. Qışqırmağıma baxmayaraq mahnının səsindən heç kim eşitmədi. Mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Ondan dayanmasını istədim. İşini bitirəndən sonra qalxdı. Bu vaxt şok içində nə edəcəyimi bilmədim”.

“Polisdə hər şeyi danışdım”

Maya bildirib ki, daha sonra Tural gələrək yatıb: “Yenə evdən çıxmaq istəyəndə qapının bağlı olduğunu gördüm. Səhər saatlarında anam öz nömrəsi ilə Turalın telefonuna zəng etdi. Cavab vermək istəyəndə Tural qabağıma durdu və telefonda özü danışdı. Anam ondan məni görüb-görmədiyini soruşdu. Tural məni sonuncu dəfə 5-ci gün gördüyünü bildirdi, telefonu söndürdü.

Tural və Sərxanla birlikdə evdən çıxaraq getdik. Nizami Gəncəvi adına məktəbin qarşısında ayrıldıq. Tural mənə kitab klubuna getməyimi təklif etdi. Kitab klubunda fotoqraf Müslümü tapdım, onun telefonundan rəfiqəm Ramiləyə səs atdım. O, hamının məni axtardığını bildirdi. Daha sonra ailə üzvlərimə məlumat verdilər. Onlar gəlib məni götürdülər və polisə apardılar.

Əvvəl ailə üzvlərimə hadisə barədə heç bir şey demədim. Lakin polis şöbəsində izahatım alarkən hadisəni danışdım. Evə qayıtdıqda anama da bu barədə məlumat verdim və ailə üzvlərim şikayət etdi”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tural 16 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 06 Yanvar 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri