Icma.az
close
up
RU
19 yaşlı qrossmeyster:

19 yaşlı qrossmeyster:

Çempion olmaq üçün əlimdən gələni etdim.

Bunu "Report"a açıqlamasında Azərbaycan şahmatçısı Aydın Süleymanlı deyib.

19 yaşlı qrossmeyster Niderlandın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" turnirində əlavə göstəricilərə görə ikinci yeri tutması barədə danışıb:

"Təbii ki, bu nəticə ilə razılaşmaq asan deyil. Amma bəzi hallarda şans amili çox önəmli rol oynayır. Mən də bu məsələyə belə baxıram, yaxşı oynadım, lakin bəxtim gətirmədi".

A.Süleymanlı artıq Bakıya qayıtdığını və növbəti yarışa kökləndiyini söyləyib:

"Məhz elə Vətənə çatan gün Azərbaycan çempionatında mübarizəyə başlayacağam. Ümid edirəm ki, yaxşı oyunumu orada da davam etdirəcəyəm".

Qeyd edək ki, "Tata Steel Chess" turnirində 13 oyunda 9,5 xal toplayan Aydın Süleymanlı Tay Day Van Nquenlə (Çexiya) 1-2-ci yerləri bölüşüb. Eyni xala malik olmasına baxmayaraq, Azərbaycan təmsilçisi əlavə göstəricilərə görə ikinci yeri tutub. O, turnir ərzində 7 qələbə qazanıb, 5 partiyada heç-heçəyə razılaşıb və cəmi bir oyunda məğlub olub.

AzNews.az

seeBaxış sayı:17
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri