Icma.az
close
up
RU
1976 cı ildə kəşf edildi: Marsdakı insan üzü nədir?

1976 cı ildə kəşf edildi: Marsdakı insan üzü nədir?

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1976-cı ildə Marsın səthini araşdırarkən çəkilən fotoşəkillər insan və ya meymun üzünə bənzəyən nəhəng quruluşu göstərir. Bəs o vaxtdan bəri "Marsdakı üz" kimi tanınan bu struktur tam olaraq nədir?

Qaynarinfo xəbər verir ki, 1976-cı ildə Amerikanın "Viking 1 Orbiter" kosmik gəmisi Marsın səthində çox qəribə bir şey görüb. NASA-nın 31 iyul 1976-cı il tarixli press-relizində deyilir ki, Qırmızı Planetin səthindəki çoxlu qabar və çıxıntılar arasında "insan başına bənzəyən" bir formastika da var.


Bu Marsda kameralara düşən yeganə Mars siması deyil, lakin ən məşhur olmağı bacarıb. Bəs bu formalaşma tam olaraq nədir?

İnsan üzünə bənzəyən bu formasiya Qırmızı Planetin Sidoniya kimi tanınan bölgəsində çəkilib. Alimlərin fikrincə, Marsdakı məşhur sima əslində işığın yaratdığı kölgə oyunudur. Günəşin işıqlandırma bucağı təbəqənin səthindəki çıxıntılardan kölgələr yaratmaq üçün tam uyğundur və foto da məhz o zaman çəkilib.

Çoxları bu üzü Marsda bir vaxtlar həyatın mövcud olduğunun və planetdə nəhəng sənət əsərlərinin tikildiyinin sübutu kimi görür. Hətta Sidoniya bölgəsində piramida quruluşları tapılıb və bunların təbii quruluş ola bilməyəcəyinə dair fikirlər ortaya atılıb.


Ancaq 2007-ci ildə Marsa daha yüksək ayırdetmə qabiliyyətinə malik kameralara malik kosmik gəmi göndərilib və bu quruluşun təbii formasiya olduğunu və insan üzünə çox da bənzəmədiyini göstərən fotoşəkillər çəkilib.

Ancaq sui-qəsd nəzəriyyəçiləri hələ də bölgədəki bu üzün və piramida formalarının təbii ola biləcəyinə inanmır və bəlkə də milyonlarla il əvvəl bu bölgədə inkişaf etmiş bir sivilizasiyanın yaşadığını düşünürlər. Onlar NASA-nın iddialarının əksini və göstərdiyi fotoşəkilləri bəşəriyyəti aldatmaq üçün hazırlanmış sənədlər kimi qiymətləndirirlər.


Bunun səbəblərindən biri odur ki, NASA illərdir Marsa robot göndərmək üçün milyardlarla dollar xərcləyib, lakin nədənsə, Marsda həyat izlərinin tapılmasında ən yüksək şübhəyə malik olan Sidoniya bölgəsinə yaxından baxmaq üçün inadla bir robot göndərməməsidir. İddialara görə, orda gördüklərini dünyadan gizlətmək üçün ABŞ və NASA rəsmi olaraq bu çox maraqlı bölgəsyə robot göndərmir.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Fevral 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see261

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see260

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see239

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see230

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see228

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see222

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see218

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see218

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see216

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see204

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see200

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see196

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see190

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see185

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see182

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see180

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see174

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see170

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see169

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri