Icma.az
close
up
RU
1978ci ilin son günü, dəhşətli şaxtalar və Sovet xalqının qeyd edə bilmədiyi yeni ilSSRİdə nə baş vermişdi? Maraqlı KONKRET

1978ci ilin son günü, dəhşətli şaxtalar və Sovet xalqının qeyd edə bilmədiyi yeni ilSSRİdə nə baş vermişdi? Maraqlı KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sovet ideologiyası “Vahid Sovet xalqına” “vahid bayram” da təqdim etmişdi. “Xalqların böyük bayramı” ölkədə böyük təntənə ilə qeyd olunurdu. Beləliklə, yeni il SSRİ-də çox sevilirdi.

Yeni il bayramı həm evdə, həm də işdə geniş qeyd edilirdi.  Bayrama hazırlıq xüsusi ənənyə çevrilmişdi. Sovet adamları nın bayrama hazırlıqla bağlı planları olurdu. Onlar yeni ilin gəlişini səbrsizliklə  gözləyirdilər. Amma 1979-cu ilin yeni ili SSRİ-yə xüsusi  problemlər gətirdi və əhalinin əksəriyyəti şaxtalı havaların yaratdığı çətinlik səbəbindən yeni ilin necə gəlməsini az qala unutdular. Bununla da, “Sovet xalqının” sevimli  yeni ili  bayram deyil,  soyuqdan qorunma sınağı oldu.

1978-ci il sona çatırdı və hələ də qar yağmırdı. SSRİ vətəndaşları  əsl  qışın başlamasını gözləyirdilər. Beləliklə, dekabrın 28-də ölkə ərazisinə  Qara dəniz istiqamətindən antisiklon  daxil oldu. Nəticədə ölkənin şimalında şiddətli şaxtalar başladı və sonradan RSFSR-in Avropa ərazisinə yayıldı. Sinoptiklər  artıq  ultraqütblü  işğaldan  danışmağa  başladılar. Paytaxt Moskvada  dekabrın 29-dan 30-na keçən gecə temperatur  -37,2  dərəcəyə qədər düşdü . Moskva ətrafı ərazilərdə  termometrlər -42 dərəcəni göstərirdi. Leninqradda da əziyyət ürək açan deyildi:

-34,7°C. Mütəxəssislər qeyd edirdi ki, belə şaxta sonuncu dəfə Rusiya ərazisində 1722-ci ildə qeydə alınıb. Ural və Tatarıstan sakinləri temperaturun -48 dərəcəyə qədər endiyini eşitdilər. Komi, Arxangelsk, Kostroma və Çelyabinsk vilayətlərində hava daha da soyuq idi. İnsanlar öyrəşmədikləri şaxtadan çölə çıxa bilmirdilər. Hər yer donmuşdu. Temperatur  -50-55 dərəcəyə qədər düşmüşdü.

Avropanın “Soyuq qütbü” adlandırılan Kominin şərqindəki Ust-Şçuqer kəndində  -58,1 dərəcə şaxta qeydə alınmışdı. Bu cür hava şəraiti  ölkə əhalisini  təşvişə salmışdı.  Hidrometeorologiya Mərkəzi isə  məlumat yayırdı ki,  belə şiddətli və uzunmüddətli şaxtalar tez-tez baş vermir.  ABŞ-də qəzetlər yazırdı ki, SSRİ-də buz dövrü başlayıb. Amma 1979-cu il yanvarın 1-də axşam saatlarında moskvalılar havada mülayişləşmə hiss etməyə başladılar. Şaxtalı vaxtda televiziya ekranlarından  valideynlərə müraciətlə, övladlarını küçəyə buraxmamaq  tövsiyə edilib.  Sağlamlığa zərər verməmək üçün yeni il şənliklərində spirtli içkilərin qəbulunu azaltmaq üçün radiolardan çağırışlar eşidilib.  Lakin iş vaxtının qısaldılması təklif olunmayıb. Yalnız bəzi müəssisələr iş qrafikində dəyişiklik ediblər.  Təəssüf ki, mərkəzi istilik sistemində problemlər yaranıb. Kommunal xidmət işçiləri suyu qızdırmağa çalışsalar da, borular  şiddətli şaxtalara  tab gətirə bilməyərək partlayıb. Bu, bir çox şəhərlərdə baş verib və insanlar yeni ildən sonra susuz qalıblar. Elektrik enerjisində də fasilələr yaranıb.

İnsanlar şaxtadan qorunmaq üçün çoxlu paltar geyinir,  istiliyi birtəhər  saxlamaq üçün qapı və pəncərələri qalın parça ilə örtdülər. Moskvalılar yeni ili  isti paltoda qeyd etdilər. Ölkə rəhbərliyi  israfçılığa yol verməməyə çağırışlar edirdi.  Amma heç kim şaxtadan donmaq istəmir,  var gücləri ilə sobadan, qazdan, elektrik sobasından  istifadə edirdilər. Şəhərlərarası qatarların sərnişinləri çətin vəziyyətə düşmüşdülər.  Bəzi qatarlar naqillər qırıldığı üçün yolda qalmışdı. Leninqraddan yola düşən sərnişin qatarı  paytaxta 4-5 saat gec çatmışdı.  Ərzaq məhsulu ilə bağlı da çətinliklər var idi. Mağazaların anbarlarında şampan və limonad şüşələri partlamağa başlamışdı.  Mağazalara çörək verilmirdi. Qısa, lakin şiddətli şaxta SSRİ-nin kənd təsərrüfatına mənfi təsir göstərdi. 1979-cu ildə meyvə bağları donduğundan  (albalı, alma, armud, gavalı) bəzi meyvələrdə qıtlıq yarandı.

Dəhşətli şaxtalar bir sıra fövqəladə hadisələrə səbəb olub. Məsələn, Tatarıstanda Pavlodar xizəkçiləri problemlə üzləşmişdi.  Dekabrın 29-da Tetyuşski rayonuna 20 nəfərlik yeniyetmədən  (hamısı yeddinci-oncu sinifdə oxuyublar) ibarət xizəkçi dəstəsi yürüş edib.

Onlar  Kazana 120 km-lik məsafədən  yürüşə başlamış və Tatarıstan paytaxtına qədər xizək sürməyi qərara almışdılar. Uşaqlar donmuş Volqanı keçə bilməyiblər. Dəstənin rəhbəri iki nəfəri kömək çağırmaq üçün geri göndərib. Onlar böyük çətinliklə də olsa Tetyuşki kəndinə çata biliblər. Bu, dekabrın 30-da səhər saatlarında baş verib. Donmuş uşaqlarla bağlı məlumatlar dərhal milis  şöbəsinə çatdırılıb. Polislər Torqaşov və Şlyaçkov “Buran” markalı qar avtomobili ilə köməyə gəliblər. Donmuş uşaqlar tapılıb. Onları xilas etmək üçün ocaq yandırılıb. Yeniyetmələr özünə gələndə onları Dolqaya Polyanaya aparıblar. Təəssüf ki, on üç yaşlı Marina Blagodatskayanı həyatını xilas etmək mümkün olmayıb.

Daha bir hadisə Sverdlovsk vilayətindəki Beloyarsk AES-də baş verdi.  Dekabrın 30-na keçən gecə havanın temperaturu 48 dərəcəyə enən zaman AES-in ikinci blokunda neft nasosunun təzyiqli kəmərinin flanş birləşməsi sıradan çıxıb. Mühərrik  dərhal yanıb. Energetiklər qəzanın qarşısını almaqda çətinliklə qarşılaşıblar.  Yanğının söndürülməsinə on iki saat vaxt sərf olunub.

Bununla belə, atom elektrik stansiyasının reaktoru zədələnməyib və havaya heç bir radioaktiv maddə yayılmayıb. Bu hadisədən sonra ikinci blok altı ay ərzində bərpa edilib.

Buna görə də, qış fəslinin müxtəlifliyi təbii qarşılanmalıdır. Düzdür, qlobal istiləşmənin fasadları qışda qar yağmasına öz təsirini göstərir, amma nə qədər olsa da, qışda özünüzü soyuqdan qoruyun.

Vəli Həsənoğlu,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Yanvar 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri