Icma.az
close
up
RU
1992 nin qışını xatırlayın: çörəyimiz yox idi, Türkiyə... Akopyan

1992 nin qışını xatırlayın: çörəyimiz yox idi, Türkiyə... Akopyan

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Dünən mediada çox müzakirə olunan bir mövzu vardı: Qazaxıstandan Azərbaycan ərazisi ilə Gürcüstana və oradan Ermənistana yük daşınması xəbəri. Bunu bəziləri sərt tənqid etdi, bəziləri isə böyük diplomatik nailiyyət kimi təqdim etdi”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri erməni jurnalist Tatul Akopyan deyib.

“Mən bir neçə faktı təqdim edəcəyəm – heç bir tərəfi tərifləmədən və ya tənqid etmədən.

Sovet dövründə, yəni təxminən 70 il ərzində, Ermənistana daxil olan və oradan çıxan yüklərin əsas hissəsi, hətta 85 faizə qədəri Azərbaycanın dəmir yolu vasitəsilə daşınırdı: Rusiya–Bakı–Naxçıvan–İrəvan xətti ilə. İrəvan–Tbilisi–Suxumi xətti isə əsasən sərnişin qatarlarına xidmət edirdi.

Hamımız 1992–1993-cü illərin o soyuq qışını xatırlayırıq: o vaxt bir günlük un ehtiyatımız qalmışdı. İrandakı səfirliyimiz yerli ermənilərin köməyi ilə lavaş alıb Mehriyə göndərirdi ki, heç olmasa orada çörək olsun. Elə həmin dövrdə biz Türkiyə ərazisi ilə 58 ton taxıl gətirdik. Plan 100 ton idi, amma biz Kəlbəcərə daxil olanda (işğal edəndə – red.) Türkiyə sərhədi bağladı.

“Birinci Respublika illərində (1918–1920) Ermənistan böyük səylər göstərirdi ki, aclıq içində olan ölkəyə Azərbaycanın ərazisindən çörək və neft çatdırsın.

1918-ci ilin payızında Ermənistan hökuməti Artashes Babalyanı İstanbula göndərdi. Orada xarici işlər naziri Xatisyanın başçılıq etdiyi nümayəndə heyəti diplomatik danışıqlar aparırdı. Bizim tərəf Talət və Ənvər paşalardan xahiş etmişdi ki, Azərbaycana təsir göstərsinlər və Bakının Ermənistana çörək və neft göndərməsinə icazə versinlər.

Sonda bir şeyi demək istəyirəm: coğrafiyanı dəyişmək mümkün deyil”, – T.Akopyan qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Oktyabr 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri