Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Roma nın Raspadori planı

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

1994 cü ildə atəşkəs hər iki tərəf üçün sərfəli idi

1994 cü ildə atəşkəs hər iki tərəf üçün sərfəli idi

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bizə ordumuzu gücləndirmək, Ermənistana isə “işğalı xalqımıza qəbul etdirmək” üçün...

O vaxt müharibəni dayandırmaq gənc dövləti xilas etmək üçün yeganə yol idi. Ağır bir qərar idi. Torpaqlarımızın böyük hissəsi işğal altında idi, bir milyondan çox insan evsiz-eşiksiz qalmışdı. Ancaq müharibə dayanmasaydı, biz daha böyük faciə ilə üz-üzə qala bilərdik. Bu, çox müdrik, amma çətin qərar idi. Bu, bizə imkan verdi ki, Azərbaycan inkişaf yoluna qədəm qoysun. İmkan verdi ki, sabitlik bərpa edilsin, nizami ordu qurulsun, iqtisadi inkişaf üçün ilkin imkanlar yaransın...

Azərbaycan Prezidenti İlham Əlıiyevin Ağdam Muğam Mərkəzinin açılışındakı çıxışından
10 may 2025-ci il

Mayın 10-u həm Ulu öndərin dünyaya gəldiyi tarix, həm də Ağdam Muğam Mərkəzinin açılışı təntənəsini yaşadığımız gün olduğuna görə dövlət başçımız erməni xislətinin çirkin rəngləri barədə o qədər də açıq danışmaq istəmədi. Eləcə doxsanıncı illər Azərbaycanının sosial-siyasi mənzərəsini xatırlarmaqla kifayətləndi: “O günləri yaşayan insanlar bunu çox yaxşı xatırlayırlar. Ölkə, demək olar ki, idarəolunmaz vəziyyətdə idi. Ölkədə özbaşınalıq, xaos, anarxiya hökm sürürdü. İqtisadiyyat iflic vəziyyətdə, torpaqlarımız isə işğal altında idi və işğal davam edirdi. Ermənistan xarici dəstək ilə Azərbaycana qarşı öz işğalçılıq siyasətini həyata keçirirdi. Nizami ordu, demək olar ki, yox idi. Belə bir böhranlı vəziyyətdə – daxili çəkişmələr, müxtəlif bölgələrimizdə xoşagəlməz hadisələr baş verdiyi bir dövrdə xalqın tələbi ilə Ulu öndərin hakimiyyətə gəlməsi bizim üçün nicat yolunu açdı və o vaxtdan bu günə qədər Azərbaycan inkişaf yolu ilə gedir”.

Ancaq cənab Prezident 2020-ci il oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına verdiyi müsahibədə erməni xislətinin iyrəncliklərini məhz olduğu kimi xarakterizə etmişdi. Qardaş ölkədən olan həmkarımız 44 günlük İkinci Qarabağ müharibəsinin ikinci ongünlüyü başa çatmamış ermənilərin atəşkəs təklifi ilə müraciət etməsinin siyasi mahiyyətini öyrənmək istəmişdi: “Cənab Prezident, 1993-cü ildə, xüsusilə noyabr ayında yenə o dönəmdə atəşkəs elan edilmişdi. Atəşkəsi yenə Ermənistan pozmuşdu, qətliamlar törətmişdi. İndi baxdığımız zaman atəşkəsi pozan yenə Ermənistandır. Bu atəşkəslə Azərbaycan Ordusunun irəliləyişinin dayandırılmasımı istənilir?

Fikrimizcə, Prezidentin bu sualı cavablandırarkən səsləndirdiyi arqumentlər erməni xarakterinin açılması baxımından olduqca dəyərli bir mənbədir. Cavab belə idi: “Bilirsiniz, bu, onların taktikasıdır. Atəşkəsi istəyən Ermənistan oldu. Onlar görəndə ki, artıq döyüş meydanında işğal edilmiş torpaqları qoruya bilmirlər, onları saxlaya bilmirlər... atəşkəs üçün müraciət etdilər. Bizə də belə müraciət gəldi, – bilirsiniz ki, Rusiya bu missiyanı öz üzərinə götürmüşdür, – biz də dedik ki, humanitar məqsədlər üçün, cəsədlərin dəyişdirilməsi, əsirlərin dəyişdirilməsi üçün atəşkəs elan oluna bilər. Amma, eyni zamanda, Moskvanın açıqlamasında göstərildi ki, müzakirələr mahiyyət üzrə bərpa edilməlidir. Həmçinin müzakirələrin formatı da dəyişməz qalmalıdır. Ancaq görünür ki, onlar bu atəşkəsdən istifadə etmək istəyiblər, bir gün keçməmiş Gəncəyə bu namərd hücumu təşkil etdilər. Ondan sonra bizim digər şəhərlərimizi vurmağa başladılar və faktiki olaraq bu atəşkəsi kobudcasına pozdular. Ona görə, bu, onların taktikasıdır. Görünür, onlara bu atəşkəs ona görə lazım idi ki, öz qüvvələrini toparlasınlar, səfərbərlik tədbirləri görülsün və bizə yeni hücum təşkil edilsin”.

Yəni ermənilər tarix boyu belə şərəfsiz, riyakar və namərdcəsinə yaşayıblar. Əgər buna yaşamaq demək olarsa. Onlar 1994-cü ilin may ayında imzalanan atəşkəsi işğalı əbədiləşdirmək və işğal olunmuş ərazilərin qarət edilməsini başa çatdırmaq üçün möhlət kimi qəbul edirdilər. Həmin məqsədlərinin birinci bəndinə çata bilməsələr də, ikinci bəndini tamamilə “həyata keçirdilər”. Yəni işğal etdikləri ərazilərin hamısını qarət və talan edərək dünya tarixinə ən murdar məxluqat kimi düşdülər. Halbuki, hamının lənətlədiyi alman faşistləri işğal etdikləri ərazilərdə heç vaxt dağıntı törətməmişdilər. Ermənilər isə işğal edilmiş Azərbaycan ərazisindən vəhşi qəbilə kimi, qaniçənlər sürüsü şəkilində keçmişdilər. Elə ona görə də indi regiona gələn dünya səyyahları, siyasətçi, diplomat və jurnalistlər Ağdamda “Qafqazın Xirosiması”nı görərək dəhşətə gəlirlər.

Bəs Azərbaycan 1994-cü il atəşkəsindən necə bəhrələnmişdi? Ulu öndər Heydər Əliyev 1997-ci il oktyabrın 15-də Azərbaycan Respublikasının Hərbi təyyarəçilər məktəbinin ilk buraxılışına həsr olunmuş təntənəli mərasimdəki çıxışında demişdi ki, biz son illər, xüsusən Ermənistan – Azərbaycan münaqişəsində atəşkəs əldə ediləndən sonra yaranmış şərait nəticəsində respublikamızın ordusunun, silahlı qüvvələrinin yaradılması ilə ciddi məşğul olmağa imkan əldə etdik: “Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin tərkibinə ilk illərdə soxulmuş və silahlı qüvvələrimizi içəridən dağıtmağa, parçalamağa, ölkəmizin milli mənafelərinə zərər vurmağa cəhd edən dəstələr, qüvvələr artıq zərərsizləşdiriliblər... Bizim müstəqilliyimizə qısqanclıq edən, bəlkə də daha doğru olar desəm ki, bu müstəqilliyimizi pozmaq istəyən xarici və daxili qüvvələr hələ mövcuddur. Ona görə də biz dövlət quruculuğu işlərini həyata keçirərək, ordumuzun bundan sonra da inkişaf etdirilməsi tədbirlərini həyata keçirərək heç vaxt sayıqlığı itirməməliyik və özümüzü bütün mümkün bəlalardan daim qorumalıyıq”.

Bəli, heç kəsin bir qarış torpağına iddiası olmayan, öz torpaqlarının isə bir metrini belə kimlərəsə verməyəcəyini dəfələrlə bəyan etmiş Azərbaycan bədnam qonşularından fərqli olaraq, sülhməramlı, əmin-amanlıq məqsədli istənilən təklifə razılıq verir, qoşulur, bu fürsətdən öz torpağını və dövlətini qorumaq üçün bəhrələnir.

Məhz elə ona görə də daim inkişaf edir, uğurlara imza atır, tərəqqi yolunu davam etdirir. Dövlət başçımız Ağdam Muğam Mərkəzinin açılış mərasimində həmin məqamları daha dürüst şəkildə dilə gətirmişdir: “Biz bütün keçmiş tarixə nəzər salarkən, təbii ki, görürük, nə qədər məqsədyönlü, düşünülmüş addımlar atılmışdır. O addımlar ki, bugünkü Azərbaycan reallıqlarını təmin edir”.

Azərbaycan reallıqlarının bir sıra mühüm istiqamətlərini isə 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanan Bəyannamədə gördük. Hər iki ölkənin ümumi maraqlarının möhkəmləndirilməsində bütün imkanların birləşdirilməsinə, eləcə də, müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən bu bəyannamə iki qardaş ölkənin – Azərbaycan və Türkiyənin başçılığı altında yeni regional geosiyasi düzənin qurulmasının başlanğıcıdır.

Həmin sənəddəki vacib məqamlardan biri isə hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Bəyannamədə qeyd edilir: “İki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar”. Fikrimizcə, həmin müddəanın qeydə alınması bu gün Ermənistandakı seperatçı-revanşist qüvvələrdən tutmuş, ayrı-ayrı qonşu və qeyri-regional dövlətlər üçün çox mühüm ismarıcdır.

Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi nəticəsində, öz ordusu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin sənəddə əks olunması tarixi nailiyyətdir.

Yəni Avropa müşahidəçilərinin gəlib harada sülənməsinin və ya Ermənistandakı hansısa Qareginin gorbagor olmuş “Artsax” nağılının dirçəldilməsi haqqında sərsəmləməsinin heç bir mənası yoxdur.

Sonda. Biz hansı sazişə nə zaman qoşulacağımızı çox yaxşı bilirik. İstər atəşkəs sazişi olsun, istər də ermənilərin “Bir neçə saatdan sonra” imzamağa hazır olduqlarını dedikləri sülh sazişinə.

İttifaq MİRZƏBƏYLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 May 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see269

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see231

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see229

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see205

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see191

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see175

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see156

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see150

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see148

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see145

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see145

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see134

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see131

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see130

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

25 Dekabr 2025 22:55see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri