2 ayaqlı timsah qalıqları AŞKARLANDI
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-nin cənubunda Trias dövrünə aid, iki ayaq üzərində hərəkət edən qədim timsah növünün qalıqları aşkar edilib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Los-Anceles Təbiət Tarixi Muzeyinin (NHM) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yeni aşkar edilən "Labrujasuchus expectatus" növü müasir timsahlardan daha çox, sonrakı geoloji dövrlərdə yaşamış ikiayaqlı yırtıcı dinozavrlara bənzəyib. Bu qədim canlı iki ayaq üzərində yeriyib, dişsiz çənəyə və dimdiyəbənzər ağız quruluşuna malik olub.
Arxeoloji qalıqlar ABŞ-nin Nyu-Meksiko ştatında yerləşən və Trias dövrünün ən məşhur geoloji məkanlarından sayılan "Ghost Ranch" ("Ruhlar rançosu") ərazisində aparılan qazıntılar zamanı tapılıb.
Alimlərin hesablamalarına görə, bu canlılar təxminən 212 milyon il əvvəl yaşayıblar. Onların skelet quruluşu, xüsusilə də çiyin və ayaq sümükləri ikiayaqlı timsahabənzər sürünənlərin təkamülündə "itirilmiş halqa" ola biləcəyini göstərir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 27 May 2026 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















