2 İsrail əsgəri İrana casusluqda ittiham olunur
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrailin iki əsgəri Yuri Eliaspov və Georgi Andreyevə qarşı İranın xeyrinə casusluq ittihamı ilə istintaq başladılıb.
Turkustan.az xəbər verir ki, İsrail prokurorluğu məhkəməyə casusluq ittihamı təqdim edib. Əsgərlərdən birinin Dəmir Qübbə əməliyyatları ilə bağlı məlumat sızdırdığı iddia edilir.
Əsgərlərin törətdiyi iddia edilən cinayətlərə mühüm məlumatların məhv edilməsi və məxfi məlumatların görüntülərinin qeydə alınması daxildir.
Hərbi obyektlərin və Dəmir Qübbənin görüntüləri qarşılığında 10 min dollar aldığı iddia edilən əsgərlər məlumatın gerçək olduğuna dair iranlılara dəlillər də təqdim ediblər.
İsrailin daxili məxfi xidməti Şin Bet tərəfindən saxlanılan əsgərlərin mobil telefonlardan istifadə edərək fəaliyyətlərini həyata keçirdikləri müəyyən edilib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 31 Yanvar 2025 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















