İsrail dronu Livanın cənubunda 2 əsgəri öldürdü
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) Livan ərazisinə düşüb.
Livan ordusu PUA-nın ölkənin cənubundakı Nakura bölgəsinə düşdüyünü bildirərək, hərbi personalın hadisə yerinə göndərildiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Livan ordusunun verdiyi məlumata görə, PUA üzərində araşdırma aparıldığı zaman partlayış baş verib və nəticədə 2 əsgər həlak olub, 2 əsgər isə yaralanıb.
Livan Prezidenti Cozef Aoun verdiyi açıqlamada, ordunun ölkənin cənubunda sabitliyi qorumağın bədəlini bir daha qanla ödədiyini vurğulayaraq, İsraillə əldə olunan atəşkəsdən sonra ordu birliklərinin cənuba yerləşdirilməsindən bu yana dördüncü dəfə ölümcül hadisənin baş verdiyini qeyd edib.
İsrail ordusu isə hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyib.
Nigar Hacılı
"Cebheinfo.az"
Baxış sayı:118
Bu xəbər 29 Avqust 2025 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















