İsrail ordusunun 3 əsgəri İrana casusluqda şübhəli bilinir
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsraildə İran kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən 4 nəfər həbs edilib.
APA xəbər verir ki, bu barədə İsrail polisi, Daxili Təhlükəsizlik Xidməti və ordu birgə məlumat yayıb.
Məlumata görə, İran kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinənlərdən üçü əsgər, bir nəfər isə mülki şəxsdir.
Məlumatda deyilir ki, əsgərlər hələ hərbi xidmətdən əvvəl, yeniyetmə yaşlarında İran kəşfiyyatı ilə əlaqədə olublar və casusluq əməliyyatlarında iştirak ediblər.
İsrail Hərbi Hava Qüvvələrinin texniki məktəbində təlim keçən əsgərlər sözügedən obyektin və ətrafının fotolarını çəkib İrana göndəriblər.
Saxlanılanlar dəmiryolu stansiyaları, ticarət mərkəzləri və təhlükəsizlik kameraları ilə bağlı məlumatları da İran kəşfiyyatına ötürüblər.
Mart ayında həbs olunan 4 nəfər bu gün məhkəmə qarşısına çıxarılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 08 May 2026 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















