2 oktyabr 2025 ci il tarixində Reklam və Marketinq Komunikasiyası Dərnəyinin (REPİD) idarə heyətinin iclası keçirilib
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, 2 oktyabr 2025-ci il tarixində TÜREK (Türk Dünyası Reklam, Marketinq və Media Birliyi) sədr müavinlərinin iştirakı ilə Reklam və Marketinq Komunikasiyası Dərnəyinin (REPİD) idarə heyətinin iclası keçirilib. İclasda İdarə Heyətinin sədri Ahmet Pura tərəfindən TÜREK sədr müavinləri olan RMİD (Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək İctimai Birliyi) sədri Xəyalə Mütəllimova, ARED (Açıq Hava və Sənaye Reklamçıları Dərnəyi) sədri Şahin Acara və REPİD sədr müavini Burcu Özdemirə təsisçi üzv plaketləri təqdim edilib.
RMİD-in sədri Xəyalə Mütəllimova, "Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək" İctimai Birliyi olaraq Türk dünyasında reklam, marketinq və media sahələrinin inkişafına töhfə verən bu güclü əməkdaşlığın bir hissəsi olmaqdan qürur duyduğunu bildirib: "TÜREK İdarə Heyətinin sədri Ahmet Puraya, ev sahibliyi etdikləri üçün Doğuş Yayın Qrupuna və bütün idarə heyəti üzvlərinə təşəkkür edirəm".


