Icma.az
close
up
RU
2 yaş sindromu uşağın emosiyalarını anlamağın vacibliyini göstərən inkişaf mərhələsidir PSİXOLOQ ŞƏRH ETDİ

2 yaş sindromu uşağın emosiyalarını anlamağın vacibliyini göstərən inkişaf mərhələsidir PSİXOLOQ ŞƏRH ETDİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"2 yaş sindromu adlandırdığımız mərhələ uşaqların inkişafında tamamilə normal və zəruri bir prosesdir. Bu dövrdə uşaq emosional inkişafın sürətləndiyi bir mərhələyə daxil olur və nəticədə öz müstəqilliyini göstərmək, qərar vermək və sərhədləri yoxlamaq istəyir. Buna görə inadkarlıq, tez əsəbləşmə, ağlama tutmaları və “özüm edəcəyəm” reaksiyaları çox təbiidir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, valideynlərin ilk etməli olduğu şey uşağın bu davranışlarını problem kimi deyil, inkişafın təbii mərhələsi kimi dəyərləndirməkdir. Psixoloji yanaşmada əsas prinsiplərdən biri budur ki, uşaq emosiyasını idarə etməyi bacarmadıqda valideyn onun yerinə tənzimləməyi öyrətməlidir: "Yəni uşaq hislərini ifadə edə bilmədiyi üçün ağlayırsa, onu cəzalandırmaq əvəzinə sakit şəkildə yanında olmaq, onu anlamaq və emosiyasına ad qoymaq daha yaxşı nəticə verir. Bu dövrdə valideynlər “seçim vermək” strategiyasından çox faydalana bilirlər. Məsələn, “paltarı geyin” əmrindən daha çox “mavi köynəyi geyinmək istəyirsən, yoxsa qırmızını?” sualı uşağın həm qərarvermə hissini gücləndirir, həm də inadlaşma ehtimalını azaldır. Bundan əlavə, sərhədlərin aydın şəkildə qoyulması vacibdir. Çünki sərhədsiz azadlıq uşağı əsəbiləşdirir, aydın qaydalar isə ona təhlükəsizlik hissi verir.

2 yaş sindromu zamanı emosional partlayışların qarşısını almağın ən təsirli yollarından biri də rutinin qorunmasıdır. Uşaqlar hansı anda nə olacağını bildikdə özlərini daha sakit və təhlükəsiz hiss edirlər. Gecə yuxusu, yemək saatları, oyun vaxtı sabit olduqda aqressiya və inadkarlıq əhəmiyyətli dərəcədə azalır.

Əgər uşaq istədiyi şeyi əldə etmədiyi üçün ağlayırsa, valideyn emosiyanı qəbul edib anlama göstərməli, amma qaydanı pozmamalıdır. Məsələn: “Bilirəm, o oyuncağı istəyirsən və bu səni əsəbiləşdirir. Amma hazırda onu ala bilmərik.” Bu yanaşma uşaqda həm duyğularının qəbul edildiyini göstərir, həm də sərhədlərin dəyişməz olduğunu öyrədir. Bu dövr valideynlər üçün çətin görünə bilər, lakin düzgün yanaşma ilə həm uşağın emosional inkişafı dəstəklənir, həm də valideyn-uşaq münasibətləri daha güclü əsaslar üzərində qurulur. Uşağın davranışları ilə sakit və ardıcıl şəkildə başa çıxmaq ailədə harmoniyanı qorumağın əsas yoludur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Noyabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see181

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see140

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see136

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see136

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see135

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see131

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see131

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri