Icma.az
close
up
RU
20 dərəcə istidən sonra qar: Kənd təsərrüfatını nə gözləyir?

20 dərəcə istidən sonra qar: Kənd təsərrüfatını nə gözləyir?

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər Azərbaycan ərazisində temperaturun 20 dərəcədən yuxarı qalxması bitkilərin inkişafında "yalançı oyanışa" səbəb olub. Lakin sabahdan etibarən rayonlarda qar yağacağı və havanın kəskin soyuyacağı barədə verilən proqnozlar kənd təsərrüfatı sektorunda ciddi narahatlıq yaradıb. Erkən istilərdən sonra gözlənilən şaxtalı hava xüsusilə meyvə bağları və tərəvəz sahələri üçün böyük risk formalaşdırır.
Məsələ ilə bağlı ekoloq Sadiq Həsənli Demokrat.az-a bildirib ki, havaların bu cür isti keçməsi normal hal deyil:
"Qış mövsümünə uyğun olmayan temperatur bitkilərin inkişafını stimullaşdırdı. Günəş şüalarının təsiri ilə bitkilər vegetasiya dövrünə başladı. Normal şəraitdə isə bundan sonra soyuq hava kütlələrinin daxil olması gözləniləndir. Ayın sonuna doğru havanın kəskin soyuması proqnozlaşdırılır. Bu isə mövsüm üçün xarakterik hesab edilmir. Çünki ilin bu aylarında Azərbaycanda temperatur adətən 5–8 dərəcə arasında dəyişir. Mövcud kəskin fərq anormal vəziyyət yaradır.
Kəskin soyuqlar müşahidə olunarsa, bu, bitkilərin məhv olmasına səbəb ola bilər. Temperatur mülayim şəkildə 3–4 dərəcəyə qədər enərsə, ciddi təsir gözlənilmir".
Ekoloq xəbərdarlıq edir ki, əgər temperatur sıfır dərəcədən aşağı düşərsə, bu, tumurcuqlamış və ya çiçəkləmiş ağacların kütləvi məhvinə gətirib çıxara bilər. Yalnız temperaturun mülayim şəkildə 3–4 dərəcəyə qədər enməsi kənd təsərrüfatı sahələrini ciddi zərərdən xilas edə bilər. Hazırda fermerlər məhsuldarlığın aşağı düşməməsi üçün müxtəlif qoruyucu tədbirlər barədə düşünürlər.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Fevral 2026 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri