Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

“20 il əvvəl Bakı küçələrində Koreya dilində salam eşidəcəyimi təsəvvür etməzdim” Səfir

“20 il əvvəl Bakı küçələrində Koreya dilində salam eşidəcəyimi təsəvvür etməzdim” Səfir

Icma.az bildirir, 525.az portalına istinadən.

Bakıda Koreya Respublikasının Milli Günü və Silahlı Qüvvələr Günü münasibətilə rəsmi qəbul keçirilib.

525.az xəbər verir ki, hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Koreyanın Azərbaycandakı səfiri Kımqu Kanq deyib ki, bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümü qeyd olunur. 

"Mən ilk dəfə 2006-cı ildə Azərbaycana səfər etmişəm və o vaxtdan bəri ölkələrimiz arasındakı münasibətlərin necə dərinləşdiyinin və genişləndiyinin canlı şahidi olmuşam. Çox vaxt Bakıda gəzərkən azərbaycanlıların mənə "Annyonhaseyo" deyə salam verdiklərinin şahidi oluram. 20 il əvvəl bu şəhərin küçələrində Koreya dilində salam eşidəcəyimi heç təsəvvür etməzdim. Lakin bu gün getdikcə daha çox azərbaycanlı dostlarımız Koreyaya rəğbət göstərir", - səfir bildirib.

Əlavə edib ki, bu il səfirlik taekvondo turniri və K-pop müsabiqəsi təşkil etdi. Hər iki tədbir yüzlərlə istedadlı Azərbaycan gəncini cəlb etdi. Koreyanın Azərbaycanda sevildiyini görmək həqiqətən çox xoşdur.

Səfir deyib ki, ölkələrimiz arasında artan qarşılıqlı maraq yalnız mədəniyyət sahəsi ilə məhdudlaşmır. Bu maraq müxtəlif istiqamətləri əhatə edən geniş əməkdaşlıqda da öz əksini tapır:

"Məsələn, may ayında 10-dan çox Koreya kənd təsərrüfatı şirkəti Azərbaycanda ən böyük kənd təsərrüfatı və qida sərgisi - Caspian Agro 2025-də iştirak ediblər. Xüsusilə, cənab Prezident İlham Əliyevin stendimizi ziyarət etməsi bizdə böyük məmuniyyət yaratdı.   

Diplomat vurğulayıb ki, Azərbaycanı ziyarət edən koreyalıların sayının artması da sevindirici haldır: "2025-ci ilin avqust ayınadək artıq 10 mindən çox koreyalı turist bu gözəl ölkəyə səfər edib. Eyni zamanda, biznes əlaqələri də genişlənməkdədir və dövlətlərarası əməkdaşlıq yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri ilə daha da möhkəmlənir. Elə dünən səfirliyimiz ADA Universiteti ilə birgə bölgədə sülh prosesinə həsr olunmuş seminar təşkil etmişdir. Həmin seminar zamanı davamlı sülhə nail olmaq əzminin şahidi olduq".

Xarici İşlər nazirinin müavini Elnur Məmmədov Koreya Respublikasının Milli Günü münasibətilə  Azərbaycan Hökuməti adından təbriklərini çatdırıb. Bildirib ki, Azərbaycan ilə Koreya arasında diplomatik münasibətlər 23 mart 1992-ci il tarixində qurulub. Son 30 ildən artıq bir dövr ərzində əlaqələrimiz müxtəlif sınaqlardan keçərək, dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipi üzərində möhkəmlənib. 

Nazir müavini deyib ki, bu illər ərzində yüksək səviyyəli səfərlər həyata keçirilib, iqtisadi, siyasi və humanitar sahələrdə çoxsaylı sazişlər imzalanıb: "Əlaqələrimizin möhkəm bünövrəsini təşkil edən əsas istiqamətlərdən biri də iqtisadi əməkdaşlıqdır. Koreya şirkətləri uzun illərdir Azərbaycanda mühüm infrastruktur layihələrinin həyata keçirilməsində iştirak edirlər. Xüsusilə yol, enerji və informasiya sahələrində Koreyanın qabaqcıl təcrübəsi ölkəmizin inkişafına öz töhfəsini verməkdədir. Azərbaycan da öz növbəsində Koreya bazarı üçün etibarlı tərəfdaş və sabit investor ölkə kimi çıxış edir.

Bununla yanaşı, Azərbaycan və Koreya arasında mədəni və humanitar sahədə əməkdaşlıq xüsusi vurğulanmalıdır. Bu xüsusda, KOICA – Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən Azərbaycanda həyata keçirilən proqramlar təqdirəlayiqdir. Səhiyyə, kənd təsərrüfatı, informasiya texnologiyaları və dövlət idarəçiliyi sahələrində təqdim olunan texniki dəstək və ixtisasartırma proqramları iki ölkə arasında bilik mübadiləsini daha da möhkəmləndirir. 

Müxtəlif zamanlarda mədəniyyət günlərinin təşkili, incəsənət nümayəndələrinin qarşılıqlı səfərləri hər iki xalqın bir-birini yaxından tanımasına şərait yaradıb. Azərbaycan mədəniyyətinin Koreyada, Koreya mədəniyyətinin isə Azərbaycanda tanıdılması xalqlarımız arasında hörmət və dostluğun dərinləşməsinə xidmət edir.

Ən ümidverici sahələrdən biri də hər iki ölkənin təhsil müəssisələrində təhsil alan gənclərin qarşılıqlı mübadiləsidir. Son illərdə bir çox azərbaycanlı tələbələr Koreyada təhsil almaqda və elmi tədqiqat layihələrində iştirak etməkdədir. Eyni zamanda, Koreya universitetləri ilə Azərbaycan ali məktəbləri arasında sıx əməkdaşlıq münasibətləri yaranıb". 

E.Məmmədov əlavə edib ki, təhsil sahəsində əməkdaşlıq xalqlarımız arasında gələcək dostluğun təminatı kimi qiymətləndirilə bilər: "Azərbaycan və Koreya çoxtərəfli müstəvidə də əməkdaşlıq edirlər. Ölkələrimiz beynəlxalq təşkilatlar səviyyəsində bir-birini dəstəkləyir, qlobal sülh və sabitliyə töhfə vermək üçün birgə fəaliyyət göstərirlər. Bu həmrəyliyi BMT və digər beynəlxalq platformalarda açıq müşahidə edirik.

Gələcək perspektivlərə nəzər saldıqda tərəfdaşlığımız üçün yeni imkanların açıldığını görürük. Bunların sırasında yaşıl enerji, rəqəmsal iqtisadiyyat, süni intellekt texnologiyaları və mədəni diplomatiya xüsusi yer tutur və Azərbaycan Hökuməti Koreya ilə bu sahədə əməkdaşlığın inkişafında maraqlıdır. Əminəm ki, qarşıdakı illərdə ikitərəfli münasibətlərimiz daha da möhkəmlənəcək, yeni əməkdaşlıq layihələri xalqlarımızın rifahına xidmət edəcəkdir".

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Oktyabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see451

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see413

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see295

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see293

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see287

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see260

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see257

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see244

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see229

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see222

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see210

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see208

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see206

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see204

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see202

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see187

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri