Kişi məktəblilərə motorlu mişarla hücum edib, 2 nəfər yaralanıb
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hindistanın Andxra-Pradeş ştatında bir kişi məktəbin sinif otağına daxil olaraq 2 şagirdi motorlu mişarla yaralayıb.
Moderator.az "The Indian Express" nəşrinə istinadən xəbər verir ki, hadisə Anantapur dairəsindəki məktəbdə baş verib.
Yaralılardan birinin 15 yaşı var. Qız boyun və qarın nahiyəsindən dərin yaralar alıb, onun sağ əli demək olar ki, kəsilib. İkinci şagird isə hücum edənin qarşısını almağa çalışarkən xəsarət alıb.
Şübhəli şəxs saxlanılıb. Polisin məlumatına görə, o, yaralılardan birinin qohumudur. Məktəbdəki təmir işləri zamanı işçilər onu fəhlə hesab edərək içəri buraxıblar. Hücumun səbəbi araşdırılır.
Bu mövzuda digər xəbərlər:Kişi mişarla boğazını kəsdi
12 Mart 2025 19:17
Kiyevə HÜCUM: 12 nəfər yaralanıb, 2 si...
17 Sentyabr 2026 08:23
Məhkəmə arvadına motorlu mişarla xəsarət yetirən şəxslə bağlı qərar çıxardı
25 Sentyabr 2025 11:39
Gədəbəydə avtomobil dərəyə aşıb, 2 nəfər ölüb, 2 nəfər yaralanıb
03 Avqust 2025 19:09
Göygöldə minik avtomobili aşıb, 2 nəfər ölüb, 2 nəfər yaralanıb
03 Noyabr 2025 00:23
Baxış sayı:117
Bu xəbər 31 Oktyabr 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















