20 il əvvəl boşanmışdılar: 90 yaşdan sonra yenidən evləndilər
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin Ordu vilayətinin Ünye rayonunda 20 il əvvəl boşanan yaşlı cütlük yenidən ailə qurub. 93 yaşlı Əminə Sarı və 92 yaşlı Mehmet Sarı uzun illər ayrı yaşadıqdan sonra münasibətlərini rəsmiləşdirmək qərarına gəliblər.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, beş övladı olan cütlük təxminən 20 il əvvəl boşanıb. Lakin aradan keçən uzun müddətdən sonra onlar yenidən bir araya gələrək nikaha daxil olmaq istəyiblər.
20 ildən sonra yenidən nikah masasına əyləşdilər
Ünyenin Çatak məhəlləsində yaşayan Əminə və Mehmet Sarının evlənmək istəyi yerli bələdiyyə tərəfindən müsbət qarşılanıb. Cütlüyün müraciətindən sonra Ünye Bələdiyyəsinin əməkdaşları nikah mərasiminin təşkili üçün hazırlıqlara başlayıblar.
Rəsmi prosedurlar tamamlandıqdan sonra Ünye Bələdiyyəsinin Nikah İdarəsinin həyətində mərasim keçirilib.
Nikahlarını bələdiyyə sədri kəsdi
93 yaşlı Əminə Sarı ilə 92 yaşlı Mehmet Sarının nikahını Ünye Bələdiyyəsinin sədri Hüseyn Tavlı rəsmiləşdirib. Mərasimdə cütlüyün nikah şahidləri Ünye rayonunun kaymakamı Kamal Yıldız və Çatak məhəlləsinin muxtarı Havva Çetinkaya olublar.
Beləliklə, təxminən 20 il əvvəl yollarını ayıran beş uşaq sahibi yaşlı cütlük ömürlərinin ahıl çağında yenidən ər-arvad olub.
Baxış sayı:37
Bu xəbər 17 Noyabr 2026 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















