Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

20 min manatlıq üsyan

20 min manatlıq üsyan

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Mən bir neçə dəfə bu mövzuda yazmışam. Vəziyyət elə gətirir ki, bəzən təkrarçılıq etməyə məcbur olursan. Buna görə də diqqətli oxucularım məni təkrarçılıqda qınamasınlar. Başlayım ondan ki, mənim şəxsən Ehtiram Quliyevə böyük hörmətim var. “Turan Tovuz”un İdarə Heyətinin sədrinin adını ilk dəfə 44 günlük Vətən müharibəsi zamanı eşitmişdim. Sosial şəbəkələrdən məlumat alırdım ki, igid əsgərlərimizə sözün bütün mənalarında dəstək verir, şəxsən özü daim cəbhə xəttində onların problemlərinin həlli üçün maddi və mənəvi köməyini əsirgəmir. Buna görə də hamı kimi mən də Ehtiram bəyə böyük hörmət bəsləmişəm.

Sonra onu daha yaxından tanımaq, izləmək imkanı qazandıq. Bu da səbəbsiz deyildi. Quliyev Azərbaycan futbol ailəsinə daxil oldu. Onun illərdi maliyyə sıxıntısından əziyyət çəkən “Turan Tovuz”a sponsorluq etmək üçün sinəsini irəli verməsi bütün ölkə futbolu üçün ciddi hadisə idi. Sonrasını hamımız bilirik. “Turan Tovuz”un imkanları müsbətə doğru xeyli dəyişib, komandaya Rusiyadan tanınmış mütəxəssis Kurban Berdıyev dəvət olunub. Legionerlərin sayı xeyli artıb və qərb təmsilçisi mükafatçılar sırasına düşməyə real namizəd sayılır. Ehtiram bəyin dəstəyi sayəsində klub uğurlu gələcəyə hesablanan planlar qurub. “Turan Tovuz”un həm doğma rayonda, həm də paytaxt Bakı yaxınlığında yaxşı bazası var. Tovuz şəhər stadionunun ot örtüyü dəyişdirilib, süni qazon təbii örtüklə əvəzlənib.
Təəssüf ki, ot örtüyü tam bərkiməmiş onun üzərində oyun keçirilməsi qərara alındı. Bu da yeni qazonun sürətlə sıradan çıxmasıyla nəticələndi. Həmin tələskənliyin fəsadları xeyli ağır oldu. Adlı-sanlı, iddialı komanda bu gün didərgin həyatı yaşayır, ev oyunlarını gah Bakıda, gah da Sumqayıtda keçirir. Tovuzlu azarkeşlər də öz sevimli komandalarını görmək, ona tribunadan dəstək vermək imkanından məhrum olub. Sözsüz, bu məqamın özü “Turan Tovuz”un idarəçiliyində müəyyən nöqsanların olmasından xəbər verir. Elə problemlər də belə başlayır. Özü də həmin problemlərin miqyası təkcə ot örtüyünün tez-tələsik sıradan çıxarılmasıyla bitmir. “Turan Tovuz”un bəzi legionerlər ya zədəli transfer edilib, ya da fiziki baxımdan problem yaşayır. Fakt odu ki, onlar komandaya lazımınca kömək edə bilmirlər. Elə baş məşqçi Berdıyevin sevimli praqmatik futbol sevgisi də tez-tez tənqid olunur, azarkeşlər sərgilənən oyundan məmnun qalmırlar.
Belə oyun üslubu heç də həmişə uğur gətirmir. Necə ki, premyer-liqanın son turunda “Turan Tovuz” “İmişli”yə bata bilmədi, vacib iki xal itirdi. Yaxşı ki, eyni gündə “Zirə” də qələbə qazana bilmədi və bu iki komanda arasındakı xal fərqi qorundu. Bütün bu məqamlar “Turan Tovuz”un həm meydanda, həm də ondan kənarda müəyyən problemlər yaşamasının göstəricisidi. Çəkilən xərcin, yaradılan şəraitin qarşısında “Turan Tovuz” hazırda liderdən 16, ehtiyatda bir oyunu olan “Qarabağ”dan isə 6 xal geridə qalır. Deməli, daha iddialı olmaq, çempionluq mübarizəsində boy göstərmək üçün görüləsi iş çoxdu. Bütün bunları Ehtiram bəy və onun ətrafındakılar nəzərə almalıdılar.
Bəs onlar neynəyirlər? Yeri gəldi-gəlmədi hakimlərin ünvanına sərt açıqlamalar verir, AFFA ilə münaqişə yaradırlar. Ötən ilin qışında hava şəraiti VAR texnologiyasının Şamaxıya gedib çatmasını əngəlləmişdi. “Turan Tovuz” rəhbərliyi həmin vaxt stəkanda fırtına qopardı, az qalmışdılar ki, meydana çıxmaqdan imtina etsinlər. AFFA kluba barmaq silkələdi, cəza kəsdi. Təəssüf ki, “Turan Tovuz” rəhbərliyi bundan nəticə çıxara bilmədi. “Zirə” ilə oyundan sonra yaşanan emosional davranış bunun sübutudu. Hamı bilir ki, AFFA onunla təzyiq dilində danışanları sevmir. İllərboyu bunun nümunələrini çox görmüşük. Deməli, bir qədər səbirli olmaqda, siyasət işlətməkdə fayda var. Əzələ nümayişi, emosional bəyanatlar onsuz da nəticə verməyəcək.
Son hadisələrdən sonra AFFA “Turan Tovuz”u ümumilikdə 20 min manat cərimələyib. Bəlkə də Ehtiram bəy üçün elə də böyük pul deyil və dediklərinə görə heç təəssüflənmir də. Amma nə üçün belə şeylərə görə klub (elə şəxsən Quliyev özü) zərərə düşməlidi? Axı həmin pulları daha faydalı işlər üçün xərcləmək mümkündü. Bir də ki, güc sahibi AFFA-nı daha çox qəzəbləndirmək kluba da fayda verməyəcək. Ümid edirəm ki, Ehtiram bəy bundan sonra daha səbrli və tədbirli davranacaq.
AMAL

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Aprel 2026 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri