Icma.az
close
up
RU
20 min manatlıq yerli avtomobili kim alır?

20 min manatlıq yerli avtomobili kim alır?

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

2024-сü ilin yanvar-noyabr aylarında (11 ayda) Azərbaycanda 5 225 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2088 ədəd (+66,6%) çox minik avtomobili istehsal olunmuşdur (yığılmışdır).

Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilib.

Minik avtomobilləri üzrə 01.12.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 207 ədəd təşkil edib.

Qeyd edilib ki, dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 13,6 faiz azalaraq 535 ədəd olub.

2024-cü ilin yanvar-noyabr aylarında 576 ədəd yük avtomobili istehsal edilmişdir. İstehsal əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,5% azalıb.

Bildirək ki, bu gün ölkədə minik avtomobili istehsalı 67 faizə çatıb. Ancaq idaxal olunan avtomobil sayının çoxluğunu da nəzərə alsaq, bu rəqəmin 67 faiz təşkil etməsi maraq doğurur.

Bəs yerli istehsal olan avtomobillərin alıcısı varmı? 

“Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev “Cebheinfo.az”-a bildirib ki, bu gün yerli istehsala tələbat var:

“Ən azı yerli avtomobillər hesabına taksi parkımız yenilənib. Taksi parkının yenilənməsinə ən böyük töhfəni verənlərdən biri yerli istehsaldır. Yerli istehsal olan avtomobillərin qiyməti təxminən 20-21 manatdan başlayır. Hazırda müxtəlif seqmentlərdə avtomobillər var.  

Yığımlarda bir neçə markanın müxtəlif modeli var. Ona görə də bazarda  möhkəmlənməsi, istehsal sayının artması  normal haldır. 

Yerli istehsalın, satışların artmasına təəccüblənmək lazım deyil.

Artıq minik avtomobil parkımız yenilənib, hazırda bu istiqamətdə işlər gedir. Nəzərə alaq ki, ölkədə fəaliyyətdə olan 60 mindən çox taksi vardı. Onlar da yenilənməyə doğru gedir, onlara da xüsusi şərtlər qoyulub.  Hər 100 maşından 35-40-ı yerli istehsaldır. Gələcəkdə bu rəqəm daha da artacaq.

Yerli istehsalın həcminin artması əlavə işçi qüvvəsi, yeni iş yerlərinin açılmasıdır ki, bu da sevindirici haldır. Yerli istehsala gəldikdə isə, burada “Chevrolet”,  “Isuzu” kimi avtomobillər də var.

Hazırda yerli avtomobil satış salonlarında hər zaman müştəri var. 

Çünki onların satış və kredit şərtləri daha əlçatandır. Ona görə də əlində az pulu olan, daha uyğun şərtlərlə bu avtomobillərdən faydalanırlar”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:286
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Dekabr 2024 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri