Bu işıqfor adi sürücülər üçün deyil: Avtobuslar necə hərəkət edir? İZAH VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Bakının bəzi küçələrində sürücülərin diqqətini cəlb edən, adi işıqforlardan fərqli siqnal sisteminə malik xüsusi işıqforlar quraşdırılıb. Bu işıqforlar ümumi nəqliyyat vasitələri üçün deyil, avtobusların hərəkətini tənzimləmək məqsədi daşıyır.
Avtosfer.az xəbər verir ki, bu barədə hazırlanan maarifləndirici videoda Azadlıq prospektinin “28 Mall” ticarət mərkəzi yaxınlığındakı hissəsində quraşdırılan xüsusi avtobus işıqforunun iş prinsipi izah olunub.
Qeyd edilib ki, həmin ərazidə avtobuslar ümumi nəqliyyat axınının əksinə, xüsusi ayrılmış zolaqla hərəkət edir. Bu səbəbdən onların hərəkətinin təhlükəsiz və nizamlı təşkili üçün fərqli siqnal sistemindən istifadə olunur.
İşıqforun yuxarı hissəsində yerləşən üç siqnal avtobusun hərəkət istiqamətini – sola, düzünə və sağa dönməyi göstərir. Aşağı hissədəki siqnal isə hərəkətə icazə verildiyini bildirir. Bu siqnal yanmadıqda avtobus sürücüsü digər istiqamət göstəriciləri yansa belə, hərəkətə başlaya bilməz.
Videoda müxtəlif siqnal kombinasiyalarının mənası da izah edilib. Belə ki, aşağı və sol siqnalın eyni vaxtda yanması avtobusun yalnız sola hərəkətinə icazə verir. Aşağı, orta və sağ siqnallar yandıqda isə avtobus düzünə və ya sağa hərəkət edə bilər. Dörd siqnalın hamısı yandıqda bütün istiqamətlərə hərəkət mümkündür. Aşağı və sağ siqnalların yanması yalnız sağa, aşağı, sol və orta siqnalların yanması isə düzünə və sola hərəkətə icazə verir.
Xüsusilə vurğulanıb ki, bu işıqforun siqnalları adi avtomobillərin sürücülərinə aid deyil. Onlar öz hərəkət istiqamətləri üçün nəzərdə tutulan standart işıqforların tələblərinə əməl etməlidirlər.
Bu cür xüsusi işıqforlar avtobusların ayrılmış zolaqlarda hərəkətinin daha səmərəli təşkilinə, yolayrıclarında təhlükəsizliyin artırılmasına və ictimai nəqliyyatın fasiləsizliyinin təmin edilməsinə xidmət edir.
Eltac Zülfüqaroğlu
bax.tvhttps://bax.tv/avto-moto-xeberler/bu-isiqfor-adi-suruculer-ucun-deyil-avtobuslar-nece-hereket-edir-229220
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 25 Noyabr 2026 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















