“20 Yanvar Azərbaycan xalqının unudulmaz qan yaddaşıdır” mövzusunda tədbir keçirilib
Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.
19 yanvar 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı tərəfindən rayon təşkilatının inzibati binasında rayonun fəal gənclərinin iştirakı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə “20 Yanvar Azərbaycan xalqının unudulmaz qan yaddaşıdır” mövzusunda tədbir keçirilib.
Tədbirə başlamazdan müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev 20 Yanvar faciəsinin baş verməsindən geniş bəhs edib. O qeyd edib ki, 20 yanvar hadisələrindən artıq 36 il keçmiş və bu gün fəxarətlə deyə bilərik ki, Azərbaycan xalqı müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən bütün qəhrəman övladlarının qanını yerdə qoymadı. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruq kimi ətrafında birləşdirdiyi Azərbaycan xalqı İkinci Qarabağ müharibəsində möhtəşəm Zəfərimizi təmin edərək müstəqilliyimizin əbədi olduğunu bütün dünyaya bir daha bəyan etdi.
Tədbirdə çıxış edən digər natiqlər - YAP Ağdam rayon Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxs ərazi partiya təşkilatının fəal üzvü Zülfiyyə Hüseynova və digərləri bildiriblər ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq və müstəqillik yolunda verdiyi ən ağır, eyni zamanda ən şərəfli qurbanların simvoludur. 1990-cı il yanvarın 20-də sovet imperiyasının hərbi birləşmələri tərəfindən dinc əhaliyə qarşı törədilən qanlı qırğın xalqımızın iradəsini sındıra bilmədi, əksinə, milli azadlıq ruhunu daha da gücləndirdi. Bu faciə təkcə insan itkiləri ilə deyil, həm də hüququn, ədalətin və insan haqlarının kobud şəkildə tapdanması ilə yadda qaldı. Faciədən dərhal sonra sovet rəhbərliyinin cinayətkar əməlləri ört-basdır etməyə çalışdığı bir vaxtda, xalqın səsini ucaldan, həqiqəti açıq şəkildə bəyan edən böyük siyasi iradə məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən nümayiş etdirildi. 1990-cı il yanvarın 21-də onun Moskvada Azərbaycanın daimi nümayəndəliyində verdiyi tarixi bəyanat 20 Yanvar hadisələrinə verilən ilk cəsarətli siyasi qiymət oldu. Ümummilli Liderin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən qərarın qəbul edilməsi isə tarixi ədalətin bərpası yolunda mühüm dönüş nöqtəsi oldu. Həmin qərarla sovet ordusunun Bakıda törətdiyi qırğın açıq şəkildə hərbi təcavüz və cinayət aktı kimi qiymətləndirildi, faciəyə görə məsuliyyət daşıyan şəxslərin adları konkret şəkildə göstərildi. Bu addım, o dövrün mürəkkəb siyasi şəraitində misilsiz cəsarət nümunəsi idi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 19 Yanvar 2026 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















