Icma.az
close
up
RU
“20 Yanvar” faciəsinə həsr olunmuş şahmat üzrə rayon birinciliyinə start verilib ŞƏRH

“20 Yanvar” faciəsinə həsr olunmuş şahmat üzrə rayon birinciliyinə start verilib ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

YAP Tərtər rayon təşkilatının, Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər və Ağdərə rayonları üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Tərtər Uşaq Gənclər İdman Şahmat məktəbində ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 Yanvar” faciəsinə həsr olunmuş şahmat üzrə rayon birinciliyinə start verilib. Yarışa dörd yaş qrupları üzrə ümumilikdə 64 şagird qatılıb.

Əvvəlcə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra YAP Tərtər rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev Tərtər və Ağdərə rayonları üzrə Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, rayon icra hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun Böyük məsləhətçisi Pərviz Murtuzayev, Uşaq Gənclər İdman və Şahmat məktəbinin direktoru Fərəc Rzayev, Təhsil İşçiləri Həmkarlar Komitəsinin sədri Niyaməddin Aslanov məktəbliləri salamlayaraq, onlara 1990-cı ilin yanvar ayının 19-dan 20-nə xalqımıza qarşı törədilən xəyanətlərdən, amansız soyqırımdan danışıblar. Qeyd olunub ki, bu faciələrin başında xalqın demokratiya uğrunda olan həvəsini, azadlıq məfkurəsini qırmaq məqsədi dururdu. Lakin azadlıq mücahidləri yalın əllə tankların qarşısına çıxmağı bacardılar, birlik nümayiş etdirərək, suverenliyimizə qarşı çıxanlara öz canları bahasına cavab verdilər.

Qeyd olunub ki, Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 140-a yaxın vətəndaş öldürüldü, 700-dən çox adam yaralandı, öldürülənlərin arasında beş millətin nümayəndələri, 20-dən çox qadın və uşaq var idi. 841 nəfər qanunsuz həbs olundu, 4 nəfər itkin düşdü. Hərbi təcavüzkarlar tərəfindən 200 еv və mənzil, 80 avtomaşın yandırıldı,yüzlərlə insan-qoca, uşaq və qadınların meyiti təhqir olundu.

Xalqın bu agır günündə Ümummilli Liderimiz Heydər Əliyev ailəsi ilə birgə yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və sərt bəyanatla çıxış etdi.

Çıxışçılar xalqımızın qanlı yaddaş səhifəsi olan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini həmişə əziz tutulduğunu, onların heç vaxt unudulmadığını bildiriblər.

Sonra turnirə start verildi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Yanvar 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri