Motosikleti az qala vuran sürücü cavabıyla özünü gülməli vəziyyətə saldı VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Paytaxtın Rəşid Behbudov küçəsində yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb.
Belə ki, 90-RR-480 dövlət nömrə nişanlı “Mazda” markalı avtomobilin sürücüsü sağ zolaqdakı motosikleti nəzərə almayaraq həmin zolağa daxil olub və motosikletçiyə qəza təhlükəsi yaradıb.
Kadrlar göstərir ki, sürücü motosikletin düz yanından keçərək zolaqda irəliləyib.
Hadisədən sonra motosikletçi sürücüyə yaxınlaşıb: “Qəsdən etdiniz?” – deyə soruşur.
Sürücü isə “Görürsən ki, maşının işığını yandırıb-söndürürəm ki, biraz sağa çəkilib yol verəsən. Qəsdən yolun ortasıyla gedirsən” - deyərək cavab verib.
Bu cavabdan sonra motosikletçi qaydalara uyğun fikrini ona izah edib: “Hər bir nəqliyyat vasitəsi zolağın ortasıyla hərəkət etməlidir. Mən də zolağın ortasıyla gedirəm”.
Sürücü isə qarşılığında “Xeyr, sən sağla getməlisən” - deyərək qaydalardan bixəbər olduğunu bir daha nümayiş etdirib.
Nərmin
Oxunub 220
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 19 Yanvar 2026 18:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















