Icma.az
close
up
RU
Sosial şəbəkələrin fəaliyyətini tənzimləyən ayrıca qanun qəbul edilsin TƏKLİF

Sosial şəbəkələrin fəaliyyətini tənzimləyən ayrıca qanun qəbul edilsin TƏKLİF

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Biz sosial mediada, sosial şəbəkə platformalarında hüquqa zidd və əxlaqa zidd əməllərlə bağlı dəfələrlə məsələ qaldırmışdıq. Yaxşı haldır ki, bu məsələ qanunvericilik orqanında müzakirəyə çıxarıldı və müvafiq əlavələr və dəyişikliklər edildi. “İnformasiya, informasiyalaşdırma və informasiya təhlükəsizliyi haqqında” qanun dövlət başçısı tərəfindən artıq təsdiqlənib".

Bu fikirləri Redaktor.az-a sosioloq Üzeyir Şəfiyev sayt və sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik hərəkətlərinin qadağan edilməsindən danışarkən bildirdi. 

Onun sözlərinə görə, bu qanunun çox böyük əhəmiyyəti var:

"Çünki sosial şəbəkə platformalarında cəmiyyətin adət-ənənələrinə, mənəvi dəyərlərinə və ailə münasibətlərinə qarşı hüquqa zidd və əxlaqa zidd paylaşımlar mövcud idi və bu da ictimaiyyəti ciddi şəkildə narahat edirdi. Sosial mediada və sosial şəbəkələrdə müxtəlif formalarda jarqon ifadələr, vulqar sözlər, söyüş, təhqir və başqalarını aşağılamaq kimi hallar geniş yayılmışdı. Bəzi sosial şəbəkə istifadəçilərinə nədənsə elə gəlirdi ki, bu platformalar “boz zona”dır və burada istədikləri addımı ata, istənilən hərəkəti və paylaşımı edə bilərlər, sanki hüquqi məsuliyyət daşımırlar. Halbuki onlar unudurdular ki, real həyatda olduğu kimi, virtual və onlayn platformalarda da hüquqa zidd və əxlaqa zidd əməllər, paylaşımlar, cəmiyyətin mənəvi-əxlaqi dəyərlərinə, adət-ənənələrimizə və arxetiplərimizə qarşı yönəlmiş davranışlar hüquqi məsuliyyət yaradır. Bu məsələ prezidentin də təsdiqlədiyi qanunla bir daha təsbit olundu".

Müsahibimiz qeyd etdi ki, bununla bağlı hüquqi və sosial maarifləndirmə tədbirləri görüləcək, Daxili İşlər orqanları media ilə birlikdə korporativ sosial məsuliyyət çərçivəsində birgə məlumatlandırma tədbirləri həyata keçirəcək və bu tədbirlər ictimailəşdiriləcək.

"Hüquqi savadı və məlumatlılığı olmayan istifadəçilər də başa düşəcəklər ki, bundan sonra sosial şəbəkələrdə və sosial mediada “sarı paylaşımlar”, hüquqa zidd məzmunlar paylaşmaq olmaz. Çünki bu cür hallar İnzibati Xətalar Məcəlləsinə əsasən hüquqi məsuliyyət yaradır və inzibati tənbeh tədbirlərinə səbəb olur. Bu tədbirlər sırasında həm cərimə, həm də inzibati həbs cəzası nəzərdə tutulur. Yeri gəlmişkən, bu sahə ilə bağlı İnzibati Xətalar Məcəlləsində də təkmilləşdirmələrin aparılması məqsədəuyğun olardı. Yəni dövlət başçısının təsdiqlədiyi qanuna müşayiətedici sənədlər əlavə edilməli, İnzibati Xətalar Məcəlləsində uyğun dəyişikliklər həyata keçirilməlidir. Eyni zamanda sosial şəbəkə fəaliyyətini tənzimləyən ayrıca qanunun qəbul edilməsi də məqsədəuyğun olardı. Çünki Azərbaycanda sosial şəbəkə operatorları ilə hökumət arasında müqavilə mexanizmi formalaşdırılmalıdır ki, hüquqa zidd və “sarı paylaşımlar” həmin platformalarda yayılmasın. Necə ki, Almaniya hökuməti 2017-ci ildə sosial şəbəkə platformalarının operatorları ilə bu cür müqavilə imzalayıb, bizdə də oxşar mexanizmin tətbiqi faydalı olardı. Bundan əlavə, sosial şəbəkə fəaliyyətini tənzimləyən ayrıca qanunda süzgəc və filtr mexanizmləri nəzərdə tutulmalıdır ki, hüquqa zidd və əxlaqa zidd paylaşımlar bu platformalara yol tapmasın. Əlbəttə, cənab prezidentin imzaladığı qanun yüksək təqdirəlayiqdir və güman edirik ki, bu addım sosial mediada və sosial şəbəkə platformalarında mövcud olan nizamsızlığı aradan qaldıracaq", - deyə Üzeyir Şəfiyev bildirdi.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:39
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Yanvar 2026 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri