Icma.az
close
up
RU
20 Yanvar hadisələri: Tarixi yaddaş və milli birliyin təcəssümü

20 Yanvar hadisələri: Tarixi yaddaş və milli birliyin təcəssümü

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Meydanəli Yolçiyev,

YAP Daşkəsən rayon təşkilatının sədri

1990-cı ilin 20 Yanvar hadisələri xalqın müstəqillik mübarizəsinin təcəssümü olmaqla yanaşı, həm də Sovet rejiminin amansız hərbi müdaxiləsinin bariz nümunəsidir.

1980-ci illərin sonlarından etibarən erməni separatizmi və rəsmi Moskvanın bu məsələdə qeyri-adekvat mövqeyi Azərbaycanda narazılıqla qarşılandı. Qarabağ münaqişəsi ilə bağlı ədalətsiz yanaşmalar, ermənilərin Azərbaycanın ərazi bütövlüyünə təhdidləri və Sovet rəhbərliyinin qərəzli siyasəti xalqın qəzəbini artırdı. Bu dövrdə Bakıda və digər bölgələrdə müstəqillik tərəfdarlarının kütləvi mitinqləri təşkil olunurdu.

Xalqın artan mübarizə ruhundan təşvişə düşən SSRİ rəhbərliyi Bakıya hərbi müdaxilə qərarına gəldi. Formal olaraq “ictimai qayda-qanunun bərpası” adı altında həyata keçirilən bu əməliyyat əslində Azərbaycanın müstəqillik hərəkatını boğmaq məqsədi daşıyırdı.

1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun ağır texnikası və hərbi birləşmələri Bakıya daxil oldu. Müdaxilə nəticəsində yüzlərlə insan, o cümlədən qadınlar, uşaqlar və yaşlılar həyatını itirdi. Rəsmi məlumata görə, 147 insan öldü, yüzlərlə insan yaralandı və itkin düşdü. Hərbçilər, hətta təcili yardım maşınlarını və mülki vətəndaşları belə hədəfə aldılar. Bu hadisələr zamanı şəhər infrastrukturu dağıdıldı, elektrik və kommunikasiya xətləri kəsildi. Əsas məqsəd xalqın mübarizə ruhunu qırmaq və Azərbaycanda formalaşan milli azadlıq hərəkatını məhv etmək idi.

Bu faciə Sovet İttifaqının daxilində güclü narazılıq yaratdı. Baltikyanı ölkələr, Gürcüstan və digər respublikalar öz milli azadlıq mübarizələrində daha da fəallaşdılar. 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu. Bu hadisə xalqın milli şüurunu daha da gücləndirdi və müstəqillik yolundakı iradəsini möhkəmləndirdi.

Faciənin ertəsi günü - yanvarın 21-də Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. O, faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Bu tarixi çıxışın mətni Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş əks-səda doğurdu. Azərbaycan xalqının qəlbində ümid çırağı yandı.

20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başlamışdı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər.

1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verildi. Milli Məclisin qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Həmçinin, şəhidlərin xatirəsi əbədiləşdirildi, Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi. Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi.

Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir. Dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir.

20 Yanvar hadisələri xalqın birliyini və dövlətçilik ənənələrinə sadiqliyini nümayiş etdirdi. Bu faciə yalnız bir xalqın ağrısı deyil, eyni zamanda, milli azadlıq və ədalət uğrunda mübarizənin qəhrəmanlıq salnaməsidir. Həmin hadisələrdən ötən 35 il ərzində Azərbaycan xalqı öz şəhidlərini ehtiramla yad edir və onların göstərdiyi fədakarlığı unutmur. Bu, təkcə bir tarix deyil, həm də Azərbaycanın müstəqil və güclü bir dövlət kimi formalaşmasının əsas sütunlarından biridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Yanvar 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see295

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see289

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see252

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see239

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see237

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see235

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see234

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see232

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see225

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see221

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see220

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see216

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see208

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see199

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see198

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see195

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see190

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see189

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri