Icma.az
close
up
RU
20 Yanvar istiqlaliyyətə gedən yol AZƏRTAC

20 Yanvar istiqlaliyyətə gedən yol AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İqtisadiyyat Nazirliyində Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri keçirilib

Bakı, 17 yanvar, AZƏRTAC

İqtisadiyyat Nazirliyində 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin sədri tarix elmləri doktoru, professor Anar İsgəndərov 20 Yanvar hadisələrinin tarixi-siyasi aspektləri barədə çıxış edib. Qeyd edib ki, 20 Yanvar – istiqlaliyyətə gedən yol, milli qürur və müqavimət günü kimi Azərbaycan xalqının tarixi yaddaşına əbədi həkk olunub. 20 Yanvar 1990-cı il tarixi xalqımızın mübarizə əzminin və möhkəm iradəsinin simvoludur. 20 Yanvar hadisələrində Azərbaycanın qəhrəman oğul və qızları canlarından keçməklə SSRİ rəhbərliyinin apardığı ədalətsiz və qərəzli imperiya siyasətinə kəskin etirazlarını bildirdilər. İmperiya ordusunun vəhşiliklərinə və Bakıda fövqəladə vəziyyət olmasına baxmayaraq, yanvarın 22‐də yüzminlərlə insan 20 Yanvar şəhidləri ilə vidalaşmaq üçün şəhərin mərkəzinə toplaşdı. Azadlıq meydanında izdihamlı mitinq keçirildi. Bütün bunlar haqq-ədalət, azadlıq, ərazi bütövlüyü və suverenlik uğrunda ümumxalq hərəkatını bariz şəkildə göstərirdi. Xalqımızın qətiyyəti və cəsarəti dövlətimizin müstəqilliyinin bərpası ilə nəticələndi.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov vurğulayıb ki, Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 1990-cı ilin 20 Yanvar hadisələri xalqımızın iradəsinin sarsılmazlığını bir daha sübut etdi. Qeyd olunub ki, Azərbaycan xalqının ədalət tələbini, istiqlaliyyət və suverenlik istəyini, Vətən sevgisini boğmaq üçün törədilmiş cinayət azadlıq əzmini qıra bilmədi, əksinə, milli özünüdərk və özünəqayıdış prosesini gücləndirdi. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinə qarşı kəskin bəyanatla çıxış etməsi, qırğına görə sovet rəhbərliyini, qətliamın təşkilatçılarını sərt ittiham etməsi nəticəsində bu faciəni törədənlər əməllərini gizlədə bilmədilər. 20 Yanvara dövlət səviyyəsində siyasi-hüquqi qiymətin verilməsi də məhz Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur.

Vurğulanıb ki, 20 Yanvar faciəsindən sonra xalqımız bir yumruq kimi birləşərək suverenliyini bərpa etdi. Sonrakı dövrlərdə Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik siyasətinin uğurla həyata keçirilməsi bu birliyi daha da gücləndirdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Şanlı Ordumuzun şücaəti ilə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildi və ərazi bütövlüyümüz bərpa olundu.

Tədbirdə 20 Yanvar hadisələri barədə İctimai Televiziyanın hazırladığı film nümayiş etdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Yanvar 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri