Icma.az
close
up
RU
20 Yanvar Xalqın sınaq imtahanı AZƏRTAC

20 Yanvar Xalqın sınaq imtahanı AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 18 yanvar, AZƏRTAC

1980-ci illərin sonlarından etibarən Azərbaycan əvvəlcə yenidənqurma adı ilə göstərilən bir absurdun tamaşaçısı olmaq məcburiyyətini yaşadı, ardınca bu ümidlərin də fiaskoya uğraması prosesi başladı. Öz haqqının sahibi olmaq zamanı çatmışdı. Nəhayət, 1991-ci ilin oktyabrında Azərbaycanda milli müstəqillik elan olundu. Amma bu o qədər də asan başa gəlmədi. Bunun üçün millət 1990-cı il yanvarın 20-də sınaq imtahanı verdi. 20 Yanvar faciəsindən ötən 35 ildə çox şey, bəlkə də hər şey dəyişib. Dəyişməyən isə həmin qanlı hadisəyə münasibət və onun bizim tarixi taleyimizdə daşıdığı missiyadır. İndi, bu günlərdən həmin çağlara baxanda çox şey bizə vahiməli görünür. Əslində, bu təəssüratı doğuran zamanın özünün obrazıdır. Bir-birini əvəzləyən kataklik proseslər - 20 Yanvar faciəsi, ondan bir il sonra jurnalist Salatın Əsgərovanın qətli, 20 noyabrda müəmmalı vertalyot qəzası, daha bir il sonra törədilən Xocalı soyqırımı, bir-birini əvəzləyən torpaq itkiləri və s.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Elnarə Akimova deyib. O bildirib ki, bu faciələrin arasında 20 Yanvar həm də milli özünüdərkin faktı kimi yad edilir: “Bu 35 ildə hadisəyə hər cür - siyasi, hüquqi, mənəvi və s. baxış bucaqlarından münasibət sərgilənib. Bəs məlum faciə bizim düşüncəmizə qatdığı hansı çalarlarla xarakterizə olunur? Cavab birmənalıdır: ilk növbədə şəhid obrazı və bu adın ehtiva etdiyi ağrı və qürur simvolikası - şəhid oğullar, şəhid anası, şəhidlər məzarlığı, şəhid şəhər, şəhid şair və s. Sovet dövründə təbliğ olunan bayağı vətənpərvərlik ideyalarının vurduğu əxlaqi-mənəvi zərbənin şüuraltı kompensasiyasının ifadəsi olaraq vətənpərvərlik mövzularından, ümumən ictimai-siyasi tematikadan imtina edən lokal düşüncə 1990-cı illərdən başlayaraq yenidən bu ali mövzuya qayıtmağı vacib bildi. Vətən və vətənpərvərlik anlayışları önə keçdi, vətəndaş cəmiyyətinin göstəricisi hesab olunmağa başladı”.

Millət vəkilinin sözlərinə görə , bu faciə yaşatdığı acı qədər, həm də bir xalqın tanıtım günü idi. Sınmayan qürurunun, sarsılmayan vüqarının ən yayğın atəş, odlu silah qarşısında belə qaya kimi duruşu idi. Ona görə biz 20 Yanvara təkcə qara gün kimi boylanmamalıyıq, həmin gün azadlığa, müstəqilliyə doğru gedən yolun təməlini qoydu. Ən başlıcası isə, xalqın özünü dərk etməsinə, öz düşmənini tanımasına stimul oldu.

Elnarə Akimova bildirib ki, Ümummilli Lider Heydər Əliyev hadisənin baş verdiyi ilk günlərdə mənsub olduğu və ömrünün böyük bir hissəsini vicdanla xidmət etdiyi Kommunist Partiyasına ilk kəskin etirazını bildirənlərdən oldu:” O zaman Moskvada təcrid şəraitində yaşayan, xalqından uzaq salınmış Ulu Öndər Heydər Əliyev dərin kədər içində, lakin böyük cəsarətlə, onu gözləyə biləcək təhlükələrə məhəl qoymadan, yanvarın 21-də Moskvada Azərbaycanın nümayəndəliyinə gəldi və hadisəni törədənləri ittiham edən bir nitq söylədi. Bu çıxış, Azərbaycan xalqının haqq səsini bütün dünyaya bəyan etməklə yanaşı, ağır günlərdə insanların təsəllisinə çevrildi.

Heydər Əliyev 1991-ci il iyulun 19-da Moskvaya, İttifaq Nazirlər Soveti partiya təşkilatına göndərdiyi ərizədə isə ölkəni uçuruma yuvarlatmış ali hakimiyyəti konkret ittihamlarla – 1990-cı ilin 20 Yanvar hadisələrinə görə, erməni millətçiliyinə havadarlığına görə, saxta demokratiya oyunları və şəxsiyyətinə qarşı təqiblərə görə geniş tənqid edərək Kommunist Partiyası sıralarından çıxdığını bəyan etdi”.

Sonralar Ümummilli Lider Heydər Əliyev öz çıxışlarında ürək ağrısı və yanğı ilə 20 Yanvar faciəsinə münasibətini belə izhar edib: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”.

Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyevin mövqeyi Prezident İlham Əliyevin də hakimiyyətdə olduğu bütün dövrlər ərzində qorunub, 20 Yanvar şəhidlərinin xatirəsinin əziz tutulması üçün yüksək diqqət və həssaslıq öz davam edib: “20 Yanvar faciəsindən uzaqlaşdıqca onun ağrılarına mənəvi cəhətdən daha həssas, daha yaxın olmağa başlayırıq. Baş verənlərə analitik münasibətin dramatizmi artdıqca müharibənin bəlalarını daha real şəkildə qavrayırıq. Bir incə məqamı da qeyd etmək yerinə düşər. 20 Yanvar hadisələrindən sonra qeyd etdiyimiz kimi ard-arda sıralanan faciələrimizin miqyası o qədər böyük və çeşidli oldu ki, 20 Yanvar mövzusu daha qlobal, vüsətli səciyyə alaraq müharibə mövzusu ilə əvəzləndi, ümumən Qarabağ probleminin içində əriməyə başladı. Amma bütün hallarda milli qürur və şərəf tarixi kimi Zəfərə aparan yolun müqəddəratına çevrilmək statusu qazandı.

20 Yanvar hadisəsi vətən üçün ölməyin, canını qurban verməyin nümunəsini göstərdi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Yanvar 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri