Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

“20 Yanvar” keçidinin qaranlıq taleyi xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar KONKRET

“20 Yanvar” keçidinin qaranlıq taleyi xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Təxminən 1 ilə yaxındır ki, metronun “20 Yanvar” stansiyasının keçidindəki ticarət köşkləri fəaliyyətini dayandırıb. Uzun müddət keçməsinə baxmayaraq satıcılar hələ də ticarət fəaliyyətinin bərpa ediləcəyini düşünürlər. Bu məqsədlə ara-sıra media vasitəsi ilə öz fikilərini rəsmi qurumlara və ərazinin icarəyə götürən sahibkarlara çatdırırlar.

KONKRET.az xəbər verir ki, prosesin bu qədər uzanması həm satıcıları, həm də həmin köşklərin daimi müştərilərini narahat edir.

İqtisadçı ekspert Natiq Cəfərli “PostMedia”ya açıqlamasında qeyd edib ki, qeyd edilən ərazidə ticarət düzgün təşkil edilməyib:

“Açığı, “20 Yanvar”dakı yeraltı keçiddə ticarət xaotik təşkil olunmuşdu. Azərbaycanda bu problemin kökündə duran əsas məsələ birbaşa tənzimləmə mexanizmlərinin bir mərkəzdən idarəetmə mexanizmlərinin olmamasıdır. Yəni “Böyük Şəhər Bələdiyyəsi” olan ölkələrdə və şəhərlərdə bu “Böyük Şəhər Bələdiyyəsi” vasitəsilə həll olunur. Bizdə ticarətin tənzimlənməsi ilə bir neçə orqan məşğul olur ki, bu da az qala xaotik vəziyyətin yaranmasına səbəb olur.

Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin müəyyən məhdud bələdiyyə səlahiyyətləri var. Eyni zamanda “Bakı Metropoliteni” QSC-nin məhdud səlahiyyətləri mövcuddur. Həmçinin ticarət departamentləri var və İqtisadiyyat Nazirliyinin də müəyyən səlahiyyətləri var.

Yəni bir çox məsələlər var ki, bu məsələlərlə bağlı çoxsaylı tənzimləyici aktlar mövcuddur. Ona görə də “Böyük Şəhər Bələdiyyəsi” olsaydı bu həmin çərçivədə həll edilərdi. Necə ki, biz həmvətənlərimizin ən çox səyahət etdiyi İstanbuldakı, Tbilisidəki yeraltı keçidlərdə normal ticarətin təşkilini görürük. Mən hələ başqa Avropa şəhərlərini demirəm. Bu üsulla bələdiyyələr pul qazanır və həmin pul hesabına şəhərin abadlaşdırılmasında istifadə edir. Eyni zamanda sahibkar qazanır, vətəndaşlar da ucuz alış-veriş edir”.

“PostMedia” məsələ ilə bağlı Azərbaycan iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinə sorğu ünvanlayıb. Sorğumuza cavab olaraq qurumdan bildirilib ki, həmin ərazinin icarəsi üzrə müqaviləyə 2024-cü ilin sonlarında xitam verilib.

“Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” metrostansiyasının keçidində yerləşən, Yasamal Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan 489 kv.m. qeyri-yaşayış sahəsi (ticarət cərgəsi) 14.04.2009-cu il tarixindən “Klassik-Aİ” MMC-yə keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icarəyə verilib.

İcarəyə götürülən qeyri-yaşayış sahəsindən istifadə edilmədiyi barədə “Klassik-Aİ” MMC-nin 09.12.2024-cü il tarixli məktubu, Yasamal Rayon MKTB-nin 24.09.2024-cü il tarixli məktubu, o cümlədən icarə müqaviləsinin müddətinin başa çatması nəzərə alınaraq, bağlanılmış icarə müqaviləsinə 10.12.2024-cü il tarixindən xitam verilib.

Qeyd edək ki, daşınmaz dövlət əmlakının icarəyə verilməsi ilə bağlı razılıq qanunvericiliyə uyğun olaraq balanssaxlayıcı tərəfindən verilir”.

Əgər bu məsələyə bir neçə kontekstdən yanaşmaq lazımdır. Statistik məlumatlara görə, əgər 5 il öncə Bakı metrosu 550-590 minə qədər sərnişin daşıyırdısa bu gün həmin göstərici azx qalsın 700 minə çatsın. Adıçəkilən “20 Yanvar” stansiyası isə “Bakı Metropoliteni”nin sərnişin ən çox sıx olan stansiyalarından biridir.

Reallıq onu göstərir ki, metronun keçidlərində ticarət fəaliyyəti ümumiyyətlə şəhərsalma prinsiplərinin ruhuna ziddir. Bu məkanlar ilk növbədə insanların təhlükəsiz, maneəsiz hərəkəti üçün nəzərdə tutulub. Keçidlərdə qurulan köşklər yalnız yolu daraltmaqla kifayətlənmir, həm də fövqəladə hallarda insanların təxliyəsini ciddi şəkildə çətinləşdirir.

Hər gün ən azı iki dəfə istifadə etdiyimiz bu keçidlərdə gigiyenik vəziyyət qənaətbəxş deyil. Fakt budur ki, burada satılan mallar arasında müxtəlif ətirlər, gigiyenik dezodorantlar və kəskin qoxulu məişət kimyəvi məhsulları da var. Qapalı və havalandırması zəif olan belə məkanlarda bu tip məhsullar havaya güclü kimyəvi qarışıqlar yayır. Bu isə xüsusilə allergiya, astma və digər tənəffüs yolu problemləri olan həm satıcılar, həm də sərnişinlər üçün ciddi sağlamlıq riski yaradır. İzdihamın çox olduğu saatlarda qoxuların intensivliyi artır və nəticədə, həm yerli sakinlərin, həm də turistlərin narahatlığı qaçılmaz olur. Üstəlik, hər gün minlərlə insanın keçdiyi bu dar məkanlarda tullantıların yığılması, havanın çirklənməsi və vizual xaos ümumi ekoloji mühiti pozur.

Turistlərin də tez-tez rast gəldiyi bu keçidlər şəhərin vizit kartlarından biri sayılır. Xarici qonaqların qarşısına nizamsız köşklər, tozlu mallar və sıx izdiham çıxdıqda, bu, Bakının imicinə də xələl gətirir. Lakin bütün bunlardan daha önəmlisi milli təhlükəsizlik amilidir. Nəzarətsiz şəkildə fəaliyyət göstərən ticarət obyektləri təhlükəsizlik orqanlarının işini çətinləşdirir, kütləvi tədbirlər və fövqəladə hallar zamanı riskləri qat-qat artırır.

Ona görə də metronun keçidlərində ticarət məsələsi sadəcə kommersiya maraqları ilə ölçülməməlidir. Burada əsas prioritet insan həyatının, şəhərin təhlükəsizliyinin və ictimai rahatlığın qorunması olmalıdır.

Keçid – adından da göründüyü kimi bu məkanlar yalnız hərəkət üçün nəzərdə tutulub – və belə də qalmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Avqust 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see261

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see246

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see212

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see212

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see198

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see194

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see174

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see167

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see164

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see160

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see156

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see150

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see139

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see138

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see136

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see135

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri