Rus futbolçu Türkiyə klubundan FIFA ya şikayət etməyə hazırlaşır Özümüzə məxsus olanı alacağıq
Icma.az, Fanat saytına istinadən bildirir.
"Serikspor"un keçmiş futbolçusu Kiril Qotsuk Türkiyə klubundan beynəlxalq futbol qurumuna şikayət etməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə o, "Sports"a açıqlamasında bildirib:
Rusiyalı məşqçi Sergey Yuranın çalışdığı iyun-oktyabr aylarında heç vaxt maaş almadığını deyən müdafiəçi durumu belə anladıb:
"Vəkillər kluba borcla bağlı məktub yazdılar. Ödənilməsə, sənədləri FİFA-ya təqdim edəcəyik. Klub borcu etiraf etdi və biz barışıq razılaşması ilə yollarımızı ayırdıq. "Serikspor" müqavilədə göstərildiyi kimi, borcu bir neçə dəfəyə ödəyəcək.
Məbləğlə bağlı təfərrüatlara varmayacağam. Amma bu, çoxdur. İstənilən halda, özümüzün olanı alacağıq".
Qotsuk Türkiyə təmsilçisində 17 oyun keçirib və 1 qol vurub. 33 yaşlı futbolçunun "Torpedo"ya keçəcəyi, moskvalılarla 1,5 illik müqavilə imzalayacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 27 Dekabr 2025 09:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















