Icma.az
close
up
RU
Faciənin qatilləri aşkarlanmalı və cəzalandırılmalı

Faciənin qatilləri aşkarlanmalı və cəzalandırılmalı

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Üç ilə yaxındır ki, Rusiya bütün bəşəriyyətə qarşı odla oynayır və bu odun bir parçası Azərbaycana da sıçradı və faciə ilə nəticələndi.  Rusiya odla oynamaqda davam edir və bu gün də hava məkanı üzərində mülki hava nəqliyyatının uçuşlarını həyata keçirir, baxmayaraq ki, başladığı müharibə səbəbindən mütəmadi olaraq ərazisi atəşə məruz qalır. Embraer-190 faciəsindən sonra da Rusiya öz səmasının bağlandığını elan etmədi. Başqa sözlə, bütün mülki hava gəmilərinin bütün sərnişinləri Rusiya səmalarından istifadə edərkən bunu dəqiq bilməlidi ki, döyüş bölgəsinə daxil olurlar və bütün nəticələrinə qatlanmalıdırlar. Fərqi yoxdur Moskvaya, Peterburqa, Yekaterinburqa uçursan, yoxsa Qroznıya. Onsuz da tarixən Rusiya hökuməti müharibə bir tərəfə, heç adi zamanlarda da öz vətəndaşlarının həyatına dəyər verməyib, o ki qala xarici vətəndaşların həyatı ola. Putin və komandası üçün isə, ümumiyyətlə heç bir dəyəri yoxdur. 

Qroznı səmasında faciə kimi fəlakətlər Moskva qanlı işğalçılıq müharibəsini dayandırana qədər təkrar-təkrar davam edəcək. Rusiyanın zenit raket kompleksi “Pantsir”üçün hansı təyyarəni və ya hansı PUA-nı vurmasının heç bir fərqi yoxdur. Bu raketin operatoru üçün də fərq etmir. Arayış üçün: Rusların sərnişin təyyarəsinə qarşı “Buk” zenit raket kompleksindən istifadə etməkdə artıq acı “təcrübəsi” var. 2014-cü ilin iyulunda Ukraynanın Donetsk bölgəsinin bir hissəsini ələ keçirərək, Buk hava hücumundan müdafiə sisteminin rus zenitçiləri Amsterdamdan Kuala-Lumpura uçan Malayziyanın Boeing 777-ni vurdular. Həmin vaxt 298 sərnişin və ekipaj üzvləri həlak olub. Boeing-ə raket buraxan rus hərbçiləri hələ də Rusiya ərazisində beynəlxalq ədalətdən gizlənirlər. Haaqa Dairə Məhkəməsi 2022-ci ilin noyabrında Rusiya Federasiyası FSB-nin əməkdaşı İqor Girkin və Rusiya Federasiyası Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin yüksək rütbəli zabiti Sergey Dubinskini  298 nəfərin qətlində təqsirli bilib. Azərbaycan təyyarəsinin qəzaya uğramasına səbəb olan qatillər də aşkarlanmalı və beynəlxalq hüququn bütün normalarına uyğun cavab verməlidirlər.

Rusiya Federasiyasının ərazisində hava məkanı xarici təyyarələr üçün bağlanmalıdır!

Moderator.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Dekabr 2024 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri