Icma.az
close
up
RU
20 Yanvar şəhidlərinin ailələri sosial təminat sistemi ilə əhatə olunublar AZƏRTAC

20 Yanvar şəhidlərinin ailələri sosial təminat sistemi ilə əhatə olunublar AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 20 yanvar, AZƏRTAC

Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasət 1990-cı ilin 20 Yanvar faciəsi zamanı şəhidlik zirvəsinə ucalan Vətən övladlarının ailələrinin və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində də mühüm addımların atılmasına imkan verib.

Hələ ötən əsrin 90-cı illərində Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə “20 Yanvar şəhidi” fəxri adı təsis olunub. Ulu Öndərin tapşırıqları əsasında 20 Yanvar şəhidlərinin ailələrinin, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanların sosial təminat sistemi ilə əhatə olunması üçün mühüm tədbirlərə başlanıb. Həmin tədbirlər Prezident İlham Əliyevin həssas qruplara xüsusi diqqət və qayğısı nəticəsində ildən-ilə uğurla davam etdirilərək daha da gücləndirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 20 Yanvar şəhidlərinin ailələrinə, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 143 mənzil, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 100-dək avtomobil təqdim edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Həmin təqaüd şəhid ailələri üçün 600 manat, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 500 manat, 61-80 faiz pozulmasına görə 400 manat, 31-60 faiz pozulmasına görə 330 manat təşkil edir.

Bununla yanaşı, əlilliyi olan şəxslərə əlilliyə görə pensiya və ya müavinət (müvafiq olaraq 270 manat, 220 manat və 150 manat müavinət), orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü (100 manat) də ödənilir.

Həmin sosial ödənişlərin mütəmadi artırılması təmin edilir. 2018-ci ildən icra olunan ardıcıl sosial islahat paketləri çərçivəsində Prezidentin aylıq təqaüdü 20 Yanvar şəhidlərinin ailə üzvləri, habelə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar üçün 3 dəfəyə yaxın, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluq edənlər üçün 2 dəfə, pensiyaların orta aylıq məbləği 2,4 dəfə, əlilliyi olan şəxslərə müavinətlər 3 dəfədən çox artıb.

Həmçinin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər reabilitasiya xidmətləri ilə təmin edilirlər və onlar, habelə 20 Yanvar şəhidlərinin ailə üzvləri üçün qanunvericilikdə bir sıra imtiyaz və güzəştlər də nəzərdə tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Yanvar 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see264

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see255

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see185

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see180

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see142

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri