Icma.az
close
up
RU
20 yanvarda kriptovalyutaları nə gözləyir? AÇIQLAMA

20 yanvarda kriptovalyutaları nə gözləyir? AÇIQLAMA

Metbuat saytına istinadən Icma.az xəbər verir.

"Bütün dünyanın gözü 20 yanvarda ABŞ-də, Donald Trampın andiçmə mərasimində olacaq. Çünki ikinci dəfə prezident seçilmiş Tramp bu dəfə xüsusilə iqtisadi sahədə daha kəskin addımlar atacağını bəyan edib. Xüsusilə tariflərlə bağlı bəyanatları təkcə ABŞ deyil, həm də bütün dünya iqtisadiyyatlarına təsir göstərəcək deyə dünya iqtisadiyyatları bununla bağlı gözləmə mövqeyindədirlər və qarşılıqlı hansı addımı atacaqlarını düşünürlər".

Bu fikirləri iqtisadçı ekspert Elman Sadıqov Metbuat.az-a Trampın hakimiyyətə gəldikdən sonra kriptovalyutaların vəziyyəti ilə bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, Trampın gəlişi istər dolların kursuna, istər dünya ticarətinə təsir göstərəcək:

"Amerikanın dünyadakı mövqeyinin 20, 30, 40 il öncəki gücünə geri qaytarması düşünülür. Əslində, Amerika Birləşmiş Ştatlarının gücü tükənməyib, kifayət qədər böyük gücü var. Hərbi və iqtisadi gücü müqayisə olunmazdır. Amma burada əsas amillərdən biri Amerikanın nüfuz dairəsini daha çox ölkəyə yaymaq və Amerikanın yenə də əvvəlki kimi hər bir nöqtədə var olmasıdır. Bu istiqamətlərdə atılacaq addımlar, əlbəttə, bütün maliyyə alətlərinə, o cümlədən kriptovalyutalara təsirsiz ötüşməyəcək".

İqtisadçı qeyd edib ki, hazırda avanqard kriptovalyutalardan biri kimi bitkoin hesab olunur və təsadüfi deyil ki, məhz Trampın seçilməsindən sonra gözlənildiyi kimi bitkoinin qiyməti artdı:

"Düşünürəm ki, bitkoinin qiyməti Trampın bir prezident kimi seçilməsini özündə ehtiva edir. Yəni əgər Tramp 20 yanvardan - vəzifələrinin icrasına başladıqdan sonra kriptovalyutalarla bağlı əlavə bir addım atmazsa və məsələlər bu şəkildə davam edərsə, kriptovalyutanın qiyməti 100 min ətrafında bir müddət qalacaq. Əgər Trampın ABŞ-də kriptovalyutaya nəzarət qurumunun başına gətirəcəyi şəxs kritovalyutalarla bağlı daha liberal fikirlər irəli sürərsə, bu, digər kritovalyutaların qiymətlərinə də müsbət təsir göstərəcək. Amma müsbət təsir nə qədər olacaq? Çünki artıq ABŞ kifayət qədər özündə kriptovalyuta cəmləşdirib. İkinci məsələ isə bu cəmləşmiş kriptovalyutalarla bağlı hansı addımlar atılmalıdır ki, daha da artsın. Burada hər hansı bir administrativ və yaxud deyilən sözlərdən daha çox təsir göstərəcək tələb-təklif məsələsidir. Əgər hər hansı bir işarə verilərsə və ABŞ bazardakı kritovalyutaları yığmağa başlayarsa, bu halda kriptovalyutanın qiyməti artacaq".

E. Sadıqovun fikrincə, Amerika üçün burada bir risk var deyə Tramp bu addımı atmayacaq. Çünki kriptovalyutanı yığdıqdan sonra tarixdə bir neçə dəfə belə hadisələr baş verib:

"Məsələn, məşhur milyarder keçən əsrin əvvəllərində külli miqdarda dünya bazarında olan gümüşün 30 faizə qədərini əlində cəmləşdirdikdən sonra onu bazara satmağa çıxardıqda həmin gümüş qiyməti kifayət qədər çöküb. Yəni əgər bütün məhsul sizin əlinizdədirsə və onu artıq siz bazarda satışa çıxarırsınızsa, bir müddət müəyyən həddə həmin məhsulu satmalısınız. Çünki bütün məhsul sizdədir və faktiki olaraq birdən-birə böyük bir təklifin yaranması bazarda ciddi ajiotaj doğura bilər ki, bu da qiymətləri aşağı sala bilər. Xüsusilə də ABŞ-nin kriptovalyutaları artıq satışa çıxarılması kifayət qədər bazara neqativ emosiyaların verilməsidir. Ona görə də Amerika Birləşmiş Ştatlarının kriptovalyutalarını özündə cəmləşdirmək kimi fikri olacağını o qədər də düşünmürəm. Amma bu fikir yalnız o halda ola bilər ki, kriptovalyuta bazarına tam nəzarət etməyi düşünsünlər. Çünki kriptovalyuta heç də bildiyimiz kimi müsbət bir alət deyil. Biz onun maliyyə əməliyyatlarındakı qiymətlərini daha çox görüb üzərində müzakirələr aparırıq, ancaq kritovalyutalarla hal-hazırda kifayət qədər qaranlıq, qeyri-leqal əməliyyatlar gedir və həmin əməliyyatların izlənməsi kodlaşdırma və s. səbəblərdən asan deyil".

Ekspert qeyd edib ki, Tramp hakimiyyətə gəldikdən sonra nə qədər addım atsa da, bitkoinin hasil olunması məsələsini sürətləndirmək və yaxud dayandırmaq bundan sonra çətin olar:

"Hər bir halda bu proseslərə müdaxilə etmək limitlidir və yalnız tələb və təklifin dəyişməsi ilə vəziyyət dəyişə bilər. Ona görə də müəyyən dərəcədə Trampın gəlməsindən, xüsusilə də ABŞ-nin maliyyə bazarlarına nəzarət funksiyalarını yerinə yetirəcək yeni gələcək rəhbərin Amerika dövlətinin kriptovalyutalarla bağlı rəsmi mövqeyinin açıqlanmasından sonra biz bazarda dinamikanı görəcəyik. Amma bütün dünya iqtisadçıları, o cümlədən faktiki olaraq elə Amerikanın özündə çox böyük investorlar, milyarderlər kriptovalyutalara o qədər də etibarlı alət kimi baxmırlar. Həm iqtisadçılar, həm ciddi milyarderlər buna spekulyativ alət kimi baxırlar. Çünki kriptovalyutanın arxasında faktiki olaraq heç nə durmur, heç bir güvən yoxdur və sabah o bazarın çökməsi istisna olunmur. Məsələn, pul vəsaitlərinin, həmin maliyyə alətlərinin yatırılması, iqtisadi aktivliyin aşağı düşməsi, yaxud həmin valyuta əməliyyatların ölkələrdən kapital axınını sürətləndirməsi, qeyri-leqal əməliyyatların artması, terrorizmin maliyyələşməsi və s. məsələlərin kritovalyuta ilə həyata keçirilməsi milli təhlükəsizliyə hər hansı bir risk formalaşdırarsa, o zaman Amerika başda olmaqla digər ölkələr də bununla bağlı ciddi tədbirlər görə bilər və bu, istisna deyil. O səbəbdən məhz dünyanın ən böyük hec fondları, investisiya şirkətləri, investisiya bankları, bir neçəsi istisna olmaqla milyarderlər, spekulyativ olaraq onu satıb qiyməti ilə oynayan insanlar istisna olmaqla, kriptovalyutanı investisiya aləti kimi tam olaraq etibarlı hesab etmirlər. Hər bir halda Trampın hakimiyyəti illərində kriptovalyutalar öz cəlbediciliyini və nisbi qiymət artımlarını böyük ehtimalla qoruyub saxlayacaq".

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 19 Yanvar 2025 00:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see393

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see258

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see253

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see250

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see237

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see226

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see224

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see221

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see216

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see210

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see209

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see209

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see207

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see204

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see202

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see200

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see200

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

14 Sentyabr 2026 13:34see200

​YENİ TƏDRİS İLİ, KÖHNƏ PROBLEM... Bakını nə gözləyir?

14 Sentyabr 2026 10:43see186

Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi (Video)

14 Sentyabr 2026 14:11see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri