Icma.az
close
up
RU
Bitkoini nə gözləyir? AÇIQLAMA

Bitkoini nə gözləyir? AÇIQLAMA

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Dünyanın aparıcı kriptovalyutası olan bitkoinin qiyməti son zamanlar xeyli aşağı düşüb. Maraqlıdır, bu vəziyyət davam edəcək, yoxsa bitkoinin yenidən bahalaşması gözlənilir?

Kriptovalyuta investoru Murad Cəfərli Metbuat.az-a açıqlamasında bildirib ki, bitkoin tarixi rekord qiymətindən təxminən 50% dəyər itirib. Onun sözlərinə görə, bunun bir neçə səbəbi var:

"İlk növbədə geosiyasi gərginlik artıb. Venesuela və İran ətrafında baş verən münaqişələr, Avropa ölkələrinin hərbi xərcləri artırması investorları qorxudub və onları daha risksiz yatırımlara yönəldib. Məsələn, qızıl, ABŞ istiqrazları və s. 2025-ci ildə Bitkoin ETF-lərinə böyük məbləğdə vəsait daxil olmuşdu, hazırda isə çıxışlar müşahidə olunur. İnvestorlar qazanclarını realizasiya edir. Tramp yeni FED rəhbəri kimi Kevin Varşı təqdim edib. Hələ vəzifəyə başlamasa da, Kevin Varş faiz dərəcələrinin yüksək saxlanılmasını və dolların güclənməsini dəstəkləyən mövqeyi ilə tanınır. Bu da investorların bitkoini satmasına səbəb olur".

M.Cəfərli Trampın prezidentliyə namizəd olduğu dövrdə kriptovalyutalarla bağlı verdiyi vədləri, onun kripto-dostu siyasət yürüdəcəyini də yada salıb:

"Həmin dövrdə bu, bazarda böyük həyəcan yaratmışdı. Lakin hazırda tənzimləmələrdə ciddi dəyişikliklər yoxdur və bu da həyəcanın soyumasına səbəb olub. Bundan əlavə, 10 oktyabr gecəsindən sonra kripto bazarına inam ciddi şəkildə sarsıldı. Bir gecədə 80 faizə qədər enişlər yaşandı və hazırda, demək olar ki, bazarda alıcı qalmayıb. İnam itib".

İnvestorun sözlərinə görə, son 4 ildə bitkoin 20 min dollardan 126 min dollara qədər yüksəlib:

"Bu qədər sürətli enişin yaşanması gözlənilən idi. Çünki bazar aşırı alım nöqtəsində idi, investorlar isə həddindən artıq acgöz davranırdı. Hazırda ən aşağı qiymətin 45–49 min dollar aralığında olacağı ehtimal edilir, amma mən bunu gözləmirəm və qiymətinə baxmadan bitkoin almağa davam edəcəyəm. Çünki mövcud ABŞ dövlət borcunun, yeni FED rəhbərinə baxmayaraq, gələcəkdə dolların ucuzlaşmasına səbəb olacağına inanıram. Dövlət borcu 38 trilyon dollara çatıb və bu artıq ödənilə biləcək həddi keçib. Zamanla bitkoinin yeni rekordlar qıracağını və önümüzdəki 4 ildə qiymətinin 250 min dollara qədər yüksələcəyini düşünürəm. Bununla belə, bazar çox manipulyativdir və investisiya etməzdən əvvəl hər kəsin öz araşdırmasını aparması mütləqdir".

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 08 Fevral 2026 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see461

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see306

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see241

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see226

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see218

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see217

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see211

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see203

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see194

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see193

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see190

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see174

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see173

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see172

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see171

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see170

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see164

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see162

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri