Icma.az
close
up
RU
20 yaşlı qadın körpəsini itirdi Xəbər saytı Son xəbərlər və Hadisələr

20 yaşlı qadın körpəsini itirdi Xəbər saytı Son xəbərlər və Hadisələr

Kürdəmir Rayon Mərkəzi xəstəxanasında ölüm hadisəsi olub.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, noyabrın 6-da Kürdəmir rayon sakini 2004-cü il təvəllüdlü (qadın cinsli) şəxs dəqiqləşdirilməmiş doğuş sancısı diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Noyabrın 11-i tarixinədək tibb müəssisələrində müalicəsi davam etdirilib və zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

O, 15.11.2024-cü il tarixində Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına təkrar müraciət edib. Hamiləliyin 38-ci həftəsində olan pasiyentin USM müayinəsi zamanı dölün ölü olduğu müəyyən olunub.

Aparılan konsilium nəticəsində süni doğuş icra olunması qərara alınıb. Aparılmış zəruri tədbirlər nəticəsində ölü döl təbii doğum yolları ilə fəsadsız doğulub. Hazırda ananın vəziyyəti qənaətbəxşdir, Zahılıq şöbəsində müalicəsi davam olunur.

seeBaxış sayı:30
embedMənbə:https://baku.ws
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri