Valensiya qışda ukraynalı hücumçunu icarəyə götürəcək
sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukraynalı hücumçu Artem Dovbik qış "transfer pəncərəsi" dövründə "Valensiya"ya keçməyə razılıq verib. Sport24.az xəbər verir ki, bu barədə "Cadena Ser" məlumat yayıb.
Ukraynalı futbolçu La Liqaya qayıtmaqda maraqlıdır və yanvarda "yarasalar"a keçid üzərində işləmək üçün agentlərinə icazə verib. "Valensiya" hücumçunu icarəyə götürməyi, yayda isə onun transferini daimi etmək hüququnu əldə etməyi planlaşdırır.
Artem hazırda "Roma"dan icarə əsasında "Bolonya"da çıxış edir. Qeyd edək ki, Dovbik "Bolonya"nın baş məşqçisi Raffaele Palladinonun planlarında yer almır. Bu isə onun yanvarda "Roma"ya qayıtması ilə nəticələnə bilər. Belə bir hal baş verərsə, "canavarlar" ukraynalı oyunçu üçün yeni klub axtarışına çıxacaq. Daha əvvəl onun "Milan"a təklif olunduğu, "Venetsiya"nın isə onu icarəyə götürməkdə maraqlı olduğu bildirilmişdi.
Qeyd edək ki, ukraynalı futbolçu ümumilikdə "Bolonya"nın heyətində cəmi 5 oyuna çıxıb və bir qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 23 Noyabr 2026 09:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















