Trampdan İrana yeni hücum anonsu
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp İranla razılıq əldə olunmayacağı təqdirdə hərbi əməliyyatların yenidən başlaya biləcəyini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, Tramp “Fox News” telekanalına müsahibəsində yeni ildən sonra İrana qarşı hücumları bərpa etməyə meyilli olduğunu bildirib. ABŞ Prezidenti Tehranla uzunmüddətli razılıq əldə etmək istədiyini desə də, bu mümkün olmayacağı təqdirdə hərbi müdaxilənin yenidən gündəmə gələcəyinə işarə edib.
Danışıqların nəticəsiz qalmasında İranı günahlandıran Tramp qarşı tərəfin yalnız danışmaqla məşğul olduğunu iddia edib: “İranlılar daim danışırlar. Onların etdiyi yeganə şey danışmaqdır, amma dediklərinin hamısı boş söhbətdir”. İnternetdən sifariş
Tramp Hörmüz boğazına tətbiq edilən dəniz blokadasından da danışıb. O, İranın blokadanı yarmağa cəhd etməsini gözlədiyini bildirib: “Ümid edirəm, İran tankeri blokadanı yarmağa cəhd edər. Onların hamısı İran donanması kimi dənizin dibinə gedəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 23 Noyabr 2026 09:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















