Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

200 il sonra İLK Naxçıvanda başladı, Qəbələdə nöqtə qoyuldu

200 il sonra İLK Naxçıvanda başladı, Qəbələdə nöqtə qoyuldu

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, oktyabrın 7-də Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü keçirilib. Sammit “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunub.

Görüşün nəticəsi olaraq Qəbələ Bəyannaməsi qəbul edilib, TDT+ platforması yaradılıb və bir sıra mühüm razılaşmalar əldə olunub.

Globalinfo.az-a danışan Türk Dövlətləri Parlament Assambleyasının üzvü, millət vəkili Hikmət Babaoğlu bildirib ki, TDT liderlərinin Qəbələdə keçirilən zirvə görüşü bu gün dünyanı narahat edən ən aktual məsələlərdən biri olan “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr edilib:

“Beynəlxalq münasibətlər sistemində hazırda ciddi boşluqlar müşahidə olunur. Dünyanın müxtəlif bölgələrində amansız müharibələr gedir. Belə bir şəraitdə TDT-nin sülh çağırışları etməsi, yerləşdiyi coğrafiyada sabitliyi təmin etməyə çalışması strateji əhəmiyyət daşıyır. Bu, həm də yeni dünya nizamında formalaşacaq güc balanslarına təsir göstərməyə yönəlmiş addımdır”.


Hikmət Babaoğlu 

Deputat qeyd edib ki, Qəbələdə baş tutan görüşə yalnız regional deyil, həm də qlobal kontekstdə baxmaq lazımdır:

“Bu gün Qəbələdə iştirak edən türk dövlətlərinin coğrafi arealına nəzər salsaq görərik ki, Çin sərhədindən Qırğızıstana, Şimali Kipr Türk Cümhuriyyətindən Sibir çöllərinə və Mərkəzi Avropaya qədər uzanan geniş bir coğrafiyanı əhatə edir. Bu, Avrasiyanın tam mərkəzidir. Türk dövlətləri 200 illik fasilədən sonra öz tarixi və təbii coğrafiyalarına sahib çıxmaqla, dünya siyasətinə türk milli iradəsini gətirirlər. Bu isə bəzi imperialist güclərin qorxulu yuxusuna çevrilib. Çünki Osmanlının məğlubiyyətindən sonra həmin dövrün gücləri türkləri dünya siyasətindən tamamilə uzaqlaşdırmağa çalışmışdılar. Ancaq bu gün biz siyasi arenaya qayıtmışıq. Proses 2009-cu ildə Azərbaycanın təşəbbüsü ilə Naxçıvanda başladı, bu gün isə Qəbələdən dünyaya sülh mesajı verilir”.

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Qəbələdə belə mühüm zirvə görüşünün keçirilməsi təsadüfi deyil və yüksək siyasi çəkiyə malikdir:

“Regionda və dünyada ciddi geosiyasi proseslər baş verir. Bu şəraitdə türk dövlətlərinin liderləri bir araya gələrək vacib məsələləri müzakirə etməli, dialoqu intensivləşdirməlidirlər. Hesab edirəm ki, TDT-nin tərkibinin genişləndirilməsi də real ehtimaldır.

Macarıstan kimi Avropa ölkəsi artıq TDT-də öz siyasi iradəsini nümayiş etdirir, Türkiyə isə beynəlxalq münaqişələrdə həlledici aktora çevrilib.

Prezidenti Rəcəb Tayyib Ərdoğan gündəlik iş rejiminin böyük hissəsini Yaxın Şərqdəki böhranlarla bağlı məsələlərə ayırır. Zəngəzur dəhlizi və Orta Dəhliz kimi meqa layihələr isə Türk dünyasının strateji planlarında əsas yer tutur”.


İlyas Hüseynov

İlyas Hüseynov vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə türk dövlətlərinin iştirakı ilə müxtəlif sosial və infrastruktur layihələr həyata keçirilir:

“Qardaş Türkiyə azad edilmiş ərazilərdə körpülər və yollar inşa edir. Qazaxıstan, Qırğızıstan və Özbəkistan da həmin bölgələrdə məktəblər və uşaq yaradıcılıq mərkəzləri açır. Türkmənistan Füzulidə məscidin təməlinin qoyulmasında iştirak edir. Macarıstan da bu qəbildən olan addımlarla əməkdaşlığımızı daha da möhkəmləndirir”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri