Icma.az
close
up
RU
Onların ev təsərrüfatlarının uçotu aparılacaq Təlimlər başladı

Onların ev təsərrüfatlarının uçotu aparılacaq Təlimlər başladı

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Noyabrın 23-dən 26-dək ev təsərrüfatlarının uçotunun elektron qaydada təşkilinə hazırlıq çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 14 iqtisadi zona üzrə yaşayış məntəqələrində qeydiyyat aparacaq şəxslər üçün təlimlərə başlanılıb.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, təlimlərə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı nazirliklərinin və Dövlət Statistika Komitəsinin mütəxəssisləri təlimçi qismində cəlb olunub. Təlimlərdə yerli icra hakimiyyəti orqanlarının, aidiyyəti dövlət qurumlarının nümayəndələri və ev təsərrüfatlarının uçotunu aparacaq şəxslər olmaqla, ümumilikdə, 6 mindən çox şəxs iştirak edəcək.

Təlimlərin əsas məqsədi uçotun yeni qaydalarının izah edilməsi, məlumatların tamlığının və dəqiqliyinin təmin olunması, planşetlərdən və elektron informasiya sistemindən istifadə üzrə kadr potensialının gücləndirilməsidir. Təlimlərdə qeyd olunub ki, 2027-ci ildən etibarən ev təsərrüfatlarının uçotu ilk dəfə olaraq “mygov” platformasında yaradılmış “Ev təsərrüfatları” altsistemi vasitəsilə tam elektron qaydada həyata keçiriləcəkdir. Uçot məlumatları vahid informasiya sistemində cəmləşdiriləcək, Elektron Hökumət İnformasiya Sistemi ilə inteqrasiya olunacaq. Bununla da vətəndaşlar ev təsərrüfatlarına dair məlumatları ilə “mygov” platforması üzərindən “bir pəncərə” prinsipi əsasında tanış olmaq imkanı əldə edəcəklər.

Ev təsərrüfatlarının uçotu əhalinin faktiki yaşayış şəraiti, ailə tərkibi, məşğulluğu, sosial vəziyyəti, torpaq sahələri və fərdi təsərrüfat fəaliyyəti barədə dolğun və etibarlı məlumatların əldə edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Uçot nəticəsində formalaşan məlumat bazası əhalinin real ehtiyaclarının müəyyənləşdirilməsinə, sosial müdafiə tədbirlərinin daha səmərəli təşkilinə, dövlət dəstəyinin ehtiyacı olan ailələrə ünvanlı şəkildə yönəldilməsinə və vətəndaşların rifahının yüksəldilməsinə xidmət edir.

Eyni zamanda, uçot məlumatları yaşayış məntəqələrinin sosial-iqtisadi vəziyyətinin qiymətləndirilməsi, demoqrafik proseslərin öyrənilməsi, məşğulluq imkanlarının genişləndirilməsi, kənd təsərrüfatının inkişafı və regional infrastruktur layihələrinin real tələbat əsasında planlaşdırılması üçün mühüm informasiya mənbəyidir.

Uçotun “mygov” platforması üzərindən elektronlaşdırılması məlumatların keyfiyyətinin yüksəldilməsinə, dövlət informasiya sistemlərində mövcud olan məlumatlardan istifadə etməklə vətəndaşlardan eyni məlumatların təkrar tələb olunmasının azaldılmasına, uçot prosesinin daha operativ, şəffaf və səmərəli təşkilinə imkan verəcək. Bu yenilik, həmçinin dövlət xidmətlərinə əlçatanlığın artırılmasına, vətəndaşların inzibati yükünün azaldılmasına və əhalinin sosial-iqtisadi vəziyyətinə dair etibarlı informasiya bazasının formalaşdırılmasına xidmət edəcək.

Fərdi məlumatların işlənilməsi, istifadəsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçiriləcək, onların təhlükəsizliyi və konfidensiallığı təmin olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://axar.az
archiveBu xəbər 23 Noyabr 2026 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see427

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see312

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see304

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see302

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see301

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see300

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see299

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see295

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see292

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see276

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see264

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see261

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see258

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see258

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see255

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see254

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see253

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see253

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see251

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see250
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri