Icma.az
close
up
RU
200 milyondan çox insanın danışdığı TÜRK DİLİ

200 milyondan çox insanın danışdığı TÜRK DİLİ

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Beynəlxalq ictimaiyyət dekabrın 15-də ilk dəfə olaraq Dünya Türk Dili Ailəsi Gününü qeyd edir. BMT çərçivəsində yeni təyin olunmuş bu gün türkdilli xalqların ortaq dil və mədəni irsini vurğulayır və UNESCO-nun çoxdilliliyə və mədəni müxtəlifliyə daha geniş öhdəliyini gücləndirir.

Məlumata əsasən, 15 dekabrın Dünya Türk Dili Ailəsi Günü seçilməsi dilçilik elminin əlamətdar bir anına əsaslanır. 1893-cü ildə həmin gün danimarkalı dilçi Vilhelm Tomsen türk dil ailəsinin ən qədim yazılı abidələrindən olan Orxon-Yenisey əlifbasını açdığını elan edib.

Azərbaycan, qazax, qırğız, türk, türkmən və özbək dillərinin daxil olduğu türk dilində təxminən 12 milyon kvadratkilometr ərazini əhatə edən ərazidə 200 milyondan çox insan danışır.

Yeni günün elan edilməsi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın birgə müraciətindən sonra qəbul edilib və 21 üzv dövlət tərəfindən dəstəklənib.

Türk xalqlarının birliyi türk dillərinə diqqəti artırır. Türk dilləri ailəsinin ortaq ədəbi dilinin yaradılması, əlifbasının təsis edilməsi bu yöndə atılmış ciddi, tarixi əhəmiyyətli addımlardır. Daimi təşkil olunan konfranslar və digər regional tədbirlər türk xalqlarının yalnız dil faktoru ətrafında deyil, siyasi-iqtisadi və digər aktual istiqamətlərdə əməkdaşlıq üçün təşəbbüslərdir.

Publisist, Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin üzvü, DGTYB-nin qurucu-başqanı Əkbər Qoşalı əlamətdar günlə bağlı Modern.az-a danışıb.

O qeyd edib ki, ortaq türk dili ideyası - XIX-XX yüzillərdən bəri Türk dünyasının böyük aydınlarının düşüncəsində formalaşmış hədəfdir. İsmayıl Qaspralının ümumtürk mədəniyyətinə çağırışı bunun ilk mərhələlərindən biridir. Bu məqsəd daha çox ünsiyyət, mədəni körpülər, birlik hissi yaratmaq hədəfindən doğub:

“Lakin dilin inkişafı - statik ortaq konstrukt deyil. Dəyişən, toplumun yaşam tərzinə bağlı bir prosesdir. Hər bir türk dili özünün tarixi, coğrafiyası və ictimai-mədəni təcrübəsi ilə fərqlənir. Bu dillər müxtəlif sözlük və qrammatik normativlərə malikdir. Özünəxas ifadə imkanları ilə mədəni və elmi fikri formalaşdırır. Bölgəsəl kimlik və milli şüurun əsas dayaqlarını təşkil edirlər və s.

Bu cəhətdən “ortaq türk dili” ən azı yaxın dönəmlərdə ünsiyyət vasitəsidir və heç də ayrı-ayrı dillərin müstəqil inkişafını əvəz edə bilməz. Əksinə, əgər ortaq dil yerli dillərin zənginliyini boğmadan, onların müxtəlifliyini bir qlobal konteksdə bağlayan vasitə olarsa, bu, dil ailəsinin bütün üzvlərinin gücünü artırar. Belə bir vasitə - dilin “standartlaşdırılması” yox, dialoqu və qarşılıqlı zənginləşməni təmin edən mədəni kommunikasiya platformudur”.

Əkbər Qoşalı deyib ki, türk dillərində elm və texnologiya terminlərini bir standartda işlətmək üçün ortaq terminoloji bazalar yaradılmalıdır. Bu, türk dillərinin qarşılıqlı anlaşmasını gücləndirər və bilik kommunikasiya məhsuldarlığını artırar:

“Türk dilləri üzrə böyük korpuslar, belə deyək, təlimçi süni intellekt modelləri, çevirmə, uyğunlaşdırma və nitq texnologiyaları qurulmalıdır. Bu, danışıq dili ilə yanaşı, elmi və texniki mətni də dəstəkləyən dil mühəndisliyidir - örnəyi, Azərbaycan dili üçün paralel korpuslar və maşın çevirmə sistemləri uğura gedən yoldur.

Elm-təhsil sahələrində türk dillərinin məzmunlu olması üçün universitetlər, araşdırma institutları və texnoloji mərkəzlər ortaq layihələr, araşdırmalar və alış-veriş, başqa sözlə, mübadilə proqramları həyata keçirməlidir. Bu, ayrı-ayrı dillərin elmi potensialını həm də ümumtürk bilim məkanına çevirməklə onların inkişafını çoxaldar”.

Azərbaycan dilinin türk dilləri ailəsində yerini qeyd edən nasir vurğulayıb ki, Azərbaycan dili geniş əhali kütləsi, qovşaq coğrafi mövqeyi ilə zəngin ədəbi və elmi ənənəyə sahibdir:

“Dilimiz dialektal müxtəlifliyi və ifadə imkanları ilə türk dünyasının mədəni müxtəlifliyini əks etdirir. Bölgəsəl dil kimi həm Qafqaz, həm Anadolu, həm də Türküstan türk dilləri ilə intercultural - yəni mədəniyyətlərarası bağlantılar yarada bilir.

Bu baxımdan Azərbaycan dili - türk dil ailəsinin həm ənənəvi bünövrələrindən birini təşkil edir, həm də günümüzdə elmi, mədəni və texnoloji sahələrdə güncəl rola malikdir. Onun inkişafı milli perspektiv olmaqla birgə, bütöv türk mədəni irsinin dünya səviyyəsində tanınması baxımından da vacibdir.

Ortaq türk dili ideyası — ayrı-ayrı türk dillərinin inkişafına zərər verməməli, əksinə onların bir-biri ilə elmi və mədəni dialoqunu gücləndirməlidir. Elm, texnologiya və innovasiya üçün isə standartlaşma, rəqəmsal resurslar və təhsil sahəsində sistemli islahatlar aparılmalıdır.

Türk Dilləri Ailəsi Günü qutlu olsun! Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır!”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Dekabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri