Icma.az
close
up
RU
50 milyondan çox insanın dili...

50 milyondan çox insanın dili...

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Bu gün 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə paylaşım edən Prezident İlham Əliyev bildirib ki, bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir: “Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti”.

Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsində Ümumilli Lider Heydər Əliyevin böyük xidmətləri olub. Belə ki, Ulu Öndər Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması mühüm əhəmiyyət kəsb edib. Beləliklə, 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmana əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Dil siyasəti hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin də siyasi fəaliyyətinin əsas qayəsini təşkil edib.

Ölkə başçısı İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibələrdə dilimizin xarici təsirlərdən qorunmasının hər bir vətəndaşımızın vəzifəsi olduğunu daim diqqətə çatdırıb: “Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm. Nə üçün mübarizə? Çünki bugünkü dünyada sən qapalı məkanda yaşaya bilməzsən. Sən dəmir pərdə ilə özünü bağlaya bilməzsən - istər-istəməz təmaslar, ondan sonra internet resursları, sosial şəbəkələr və sair. İstər-istəməz xarici kəlmələr daxil olur və sonra orada həzm olunur və ondan sonra istifadə edilir. Mən bunun əleyhinəyəm”.

Bu istiqamətdə atılan növbəti addımlardan biri olaraq, Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərmanını nümunə göstərmək olar.

Sözügedən Fərmanda kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün qanunvericilik aktlarında dəyişikliklərlə bağlı aidiyyəti qurumların təkliflər planı hazırlaması öz əksini tapıb.

Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulayıb ki, ana dilimiz sadəcə ünsiyyət vasitəsi deyil, milli kimliyimizin və dövlət müstəqilliyimizin mənəvi dayağıdır: “Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır”.

Bu baxımdan Prezidentin çağırışı həm dövlət qurumları, həm də cəmiyyət qarşısında istiqamətverici xarakter daşıyır.

Dövlət başçısının Azərbaycan dilinin qorunması ilə bağlı səsləndirdiyi fikirlər təkcə dil məsələsinə münasibət deyil, eyni zamanda milli təhlükəsizlik, milli kimlik və dövlətçilik fəlsəfəsinə dair mühüm çağırış kimi qiymətləndirilməlidir. 

Nuranə Daxilqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Avqust 2026 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri