Icma.az
close
up
RU
200 min manatınızdan keçib, süni meydançaları yox edin!

200 min manatınızdan keçib, süni meydançaları yox edin!

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan futbolunda süni ot örtüyü problemləri illərdir qalmaqdadır. Avropa bu örtüklərdən imtina edir. Biz isə maksimum 200 min manat “tapmırıq” ki, bir keyfiyyətli təbii futbol meydançası salaq. 

Bəli, bir əla təbi öt örtüyünün qiyməti heç də milyonlara filan başa gəlmir. Uzağı 200 min manat, ona aylıq ideal baxım isə 10-15 min manat civarında. 

Bizim futbolda 200 min manat bir keyfiyyətsiz legioner oyunçunun illik maaşı deməkdir. Amma söhbət meydançanı dəyişməyə gəlib çatanda nədənsə, hamının pulu “qurtarır”. 

Əvəzində uşaqlı-böyüklü hamı üstü süni ot, altı isə beton olan meydanda oynamaq məcburiyyətində qalır.

***

Süni meydançaları indi əsasən sərt qışın keçdiyi müəyyən ölkələrin şəhərlərində görə bilirik. Bunu da başa düşmək olar. Məsələn, Norveçin, İsveçin 10-15, bəzən hətta 20-30 dərəcəyə çatan şaxtasına nəinki kövrək təbii ot, heç güclü insan orqanizmi də dözə bilməz. 

Məlum, süni ot örtüyü futbolçuların tez-tez və ciddi zədə almalarına gətirib çıxarır. Bu, həm peşəkar, həm də yeniyetmə futbolçulara aiddir. Bu mənada yaxşı olar, valideynlər də uşaqlarının elə meydançalarda oynamasına laqeyd yanaşmasın, klublar qarşısında məsələ qaldırsın. Çünki bu meydançalar uşaqların gələcək fiziki durumu - mümkün ciddi zədələri üçün real təhlükə qaynağıdır. 

Düzdür, son dövrlər bizdə bəzi klublar təbii meydançalara keçmək niyyətlərini ifadə ediblər. Məsələn, “Turan Tovuz”. Lakin bunlar hələlik yalnız xoşməramlı vədlərdir.

Odur ki, söz başqa, iş başqa. 

Süni meydança problemi ən çox Premyer Liqamızın məşqçilərini narahat etməkdədir. Dünən “Səbail”lə 
oyundan sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da bu məsələyə toxunub. Bu da səbəbsiz deyil.

Əvvəla “Səbail”in də meydançası sünidir. Özü də ən keyfiyyətsizindən. İllərdir çox məşqçimiz həmin meydandan narazılıq edib. Di gəl ki, bunlar qulaqardına vurulub. Onsuz da Azərbaycan futboluna deyil, qohum-əqrəbaya, dost-tanışa xidmət üçün yaradılan bu klub futbolumuza bir də ən ucuz (sənədlərdə isə ən baha) meydança ilə də zərər vurub. “Səbail”pulunun neft quyusu kimi fışqırdığı vaxtda belə hətta öz futbolçusuna rəhm etməyərək qazonu dəyişməyib. 

Əvəzində təəccülüdür ki, burada illərdir Premyer Liqa kimi yüksək statuslu turnirin keçirilməsinə icazə verilib. Niyə?

Cavab başqa bir yazının mövzusudur. İndi gələk süni ot örtüyünün yaratdığı və yaşatdığı problemə. 

Daha doğrusu, bundan sonrasını artıq onu bir mütəxəssisin, ömrünün böyük hissəni futbola həsr edən və etməkdə olan adamın dediklərindən oxuyaq. 

Rəşad Sadıqovun. 

“Bir çox komandanız yaxşı, iddialı transfer edir, çempionatımıza samballı futbolçular gətirir. Onların yaxşı oyun göstərməsi üçün isə şərtdir ki, meydança da yaxşı olsun. Sonra tribuna, stadion… Bunlar bir-birini tamamlayan məsələlərdir. Mən düşünürəm ki, süni ot örtüklü meydançalarımız azalmalıdır. Yeni mövsümdə “Kəpəz”in stadionu hazır olacaq və onlar təbii ot örtüyündə oynayacaqlar. Eşitmişik ki, Ehtiram müəllim “Turan”ın stadionunun ot örtüyünü dəyişmək istəyir. “Səbail” 1-ci liqaya düşdü. Biz buna görə sevinmirik ki, süni ot örtüyü olan komanda sayı azaldı. 

Biz süni ot örtüyünü futbolumuzdan yox etməliyik. İstər əsas komandalarımız, istər akademiyalarımız süni ot örtüyündən çıxmalıdır. Bu, bizim futbolun inkişafını yubadır, irəli getməsinə çox mane olur. Diqqət yetirsəniz, görərsiniz ki, bəzi usta futbolçular süni öt örtüyündə ehtiyatla oynayır, özlərini qoruyurlar. Bu da təbiidir. Bizim futbolçumuz Yusuf Lavalın bacarığını hamımız bilirik. Onu Portuqaliya yüksək liqasından transfer edib gətirmişik. Mən ilk dəfə idi, elə hadisə ilə rastlaşırdım ki, əzələnin əməliyyatı olsun. Düşünürəm ki, buna əsas səbəb süni ot örtüyü oldu. Sonra Marandiçinin zədəsi. 

Belə hallar futbolçularda psixoloji travma yaradır. Ona görə də artıq növbəti matçlarda onlar ehtiyatla, qorxa-qorxa oynayırlar [süni meydançalarda]. Bu da oyunun keyfiyyətinə təsir edir. Bunu mütləq şəkildə birlikdə həll etməliyik. Deyək ki, günah hansısa komandadadır, ot örtüyünü tez dəyiş. Bu problemi həll etmək asan proses deyil. Hamısına vəsait lazımdır. Bundan başqa, komandanın özünün təbii ot örtüyündə məşq etməsinə şərait olmalıdır. Bu, uzun bir prosesdir. Düşünürəm ki, yaxın gələcəkdə məsələ həllini tapar. Çünki bizdə də məlumat var ki, federasiya rəhbərliyimiz bu yöndə işlər görür ki, bütün komandalar təbii ot örtüyündə çıxış etsin. Bu, qısa zamanda həll olunacaq məsələ deyil. Amma inanıram ki, yaxın illərdə biz artıq süni ot örtüyündən qurtulacağıq. Bu, futbolumuzun inkişafı üçün çox vacib şərtdir”.

Sadıqovun bu sözləri az da olsa ümid işığı yaradır. 

Amma bir tərəfdən də xəbərlər yayılır ki, Premyer Liqaya yüksələn “Karvan” və “İmişli” də yeni mövsümdən oyunlarını süni meydanda keçirmək istəyirlər. Pul yoxdur deyirlər.

Sabah isə görəcəyik ki, bu bölgə klublarımızın hər birinin heyətində 200-300 minlik oyunçu var… Mövsümün sonunda da faydasız oyunçu kimi yola salacaqlar.

AFFA-nın ayıracağı 2 milyon 500 min manatdan 200 minini təbii meydançaya xərcləmək çoxmu çətindir?

AFFA demişkən. 

Federasiyanın yeni rəhbərliyi vədlərdən, sözlərdən əməli işə keçməlidir. Bu məsələyə dərhal müdaxilə edib çıxış yolu tapmalıdır.

Çünki süni meydançalar təhlükə yuvasıdır.

Orada futbolçu yetişə bilməz.

Aydın Bağırov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:266
embedMənbə:https://qol.az
archiveBu xəbər 11 May 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri