Yəməndə köçkünlərin sayı 200 mini keçib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Qahirə, 7 oktyabr, AZƏRTAC
Hökumət qüvvələri ilə Yəmənin qərbinə nəzarət edən husi qruplaşması arasında döyüşlər başlanandan sonra 200 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Miqrasiya Təşkilatı məlumat yayıb.
Təşkilat tərəflər arasında son günlər şiddətlənmiş toqquşmaların nəticələrini “narahatedici” adlandırıb.
Qeyd olunub ki, hazırda humanitar ehtiyaclara çevik cavab vermək üçün lazımi vəsait çatışmır.
Bildirilib ki, köçkünlər Yəmənin 10 vilayətindəndir. Daha çox köç hadisəsi Taiz şəhərində olub.
Təşkilatın məlumatına görə, 3700-dən çox yəmənli dəniz yolu ilə Cibutiyə sığınıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:Yəməndə məcburi köçkünlərin sayı 122 mini keçib
17 Sentyabr 2026 11:48
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
23 Sentyabr 2026 22:00
Yəməndə yaralananların sayı açıqlandı
05 May 2025 23:18
Yəməndə daşqınlar Ölənlərin sayı artır
24 Avqust 2025 15:52
Yəməndə humanitar böhran
29 İyul 2025 09:27
Baxış sayı:118
Bu xəbər 07 Oktyabr 2026 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















