2008ci ildə qətl təşkil edən azərbaycanlıya hökm oxundu
Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
Ryazanda 2008-ci ildə adamın qətlini təşkil edən azərbaycanlı mühakimə olunub.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə regional İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
İstintaq və məhkəmə müəyyən edib ki, 2008-ci il oktyabrın 4-də Ryazanda iki kafe ziyarətçisi arasında münaqişə baş verib, onlardan biri qatlanan bıçaqla digərini yaralayıb. İntiqam almaq qərarına gələn azərbaycanlı qardaşı və tanışı ilə cinayətkarı öldürməyə razılaşıb. 2008-ci il oktyabrın 5-də üç nəfər Ryazan sakininə hücum edərək ona 25-dən çox bıçaq zərbəsi vurub.
Qətldən sonra həmin şəxslər Rusiyadan qaçıblar.
Məhkəmə qətlin təşkilatçısını qiyabi olaraq 16 il müddətinə azadlıqdan məhrum etmə ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməyə qərar verib. O, beynəlxalq axtarışdadır.
Onun Azərbaycan vətəndaşı olan əlaltıları barəsində cinayət işinin materialları ayrıca icraata ayrılıb.
Baxış sayı:87
Bu xəbər 12 Noyabr 2024 20:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















