Icma.az
close
up
RU
2018 ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyuldu ŞƏRH

2018 ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyuldu ŞƏRH

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2018-ci il Azərbaycan energetika tarixi üçün mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilə bilər. Məhz həmin ildə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və uzaqgörənliyi ilə Azərbaycan İstilik Elektrik Stansiyasının yenidən qurulması istiqamətində mühüm qərarlar qəbul olundu. Bu təşəbbüs Azərbaycanın enerji təhlükəsizliyinin gücləndirilməsi, mövcud infrastrukturun müasirləşdirilməsi və elektrik enerjisi istehsalında səmərəliliyin artırılması məqsədini daşıyırdı. Azərbaycan İstilik Elektrik Stansiyası uzun illər ərzində ölkənin əsas enerji istehsal mənbələrindən biri olmuşdur. Lakin texniki baxımdan köhnəlmiş avadanlıqlar və enerji itkilərinin yüksək səviyyədə olması bu sahədə təcili islahatların aparılmasını zəruri edirdi. Prezident İlham Əliyevin tapşırığı ilə başlanan yenidənqurma prosesi nəticəsində stansiyada müasir texnologiyalar tətbiq olunmuş, enerji blokları tam təmir edilmiş və idarəetmə sistemləri avtomatlaşdırılmışdır. Bu isə öz növbəsində yanacaq sərfiyyatının azaldılmasına, karbon emissiyalarının aşağı salınmasına və enerji itkilərinin minimuma endirilməsinə gətirib çıxarmışdır. Yenidənqurma işlərinin davamı kimi 2024-cü ildə Mingəçevirdə istifadəyə verilən 8 Noyabr Elektrik Stansiyası Prezident İlham Əliyevin enerji siyasətinin məntiqi davamı və müasir yanaşmanın təcəssümüdür. Açılış mərasimində çıxış edən dövlət başçısı bir daha vurğuladı ki, ölkəmizin inkişafı üçün enerji sahəsindəki stabillik və davamlılıq mühüm şərtdir. Yeni stansiyanın istifadəyə verilməsi ilə Azərbaycan həm daxili tələbatını daha səmərəli şəkildə ödəyə bilir, həm də ixrac potensialını artıraraq regionda etibarlı enerji tərəfdaşına çevrilir. 2018-ci ildə atılmış addım – Azərbaycan İstilik Elektrik Stansiyasının yenidən qurulması təşəbbüsü – bu gün enerji sektorunda əldə edilən uğurların əsasını təşkil edir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan enerji sahəsində innovativ, dayanıqlı və müasir model formalaşdıraraq həm regional, həm də qlobal miqyasda strateji üstünlüklər qazanmışdır.
Şamama Əmirova
YAP Laçın rayon təşkilatının 35 saylı ƏPT-nin sədri
Laçın rayon 10 №li tam orta məktəbin direktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:39
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 İyul 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see178

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see163

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see145

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri