Icma.az
close
up
RU
60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Son vaxtlar ölkədə yayılan virus infeksiyaları fonunda COVID-19 yenidən müzakirə mövzusuna çevrilib. Belə ki, bir çox insan hazırkı əlamətləri koronavirusla müqayisə edir. Xüsusilə koronavirusu ağır keçirən şəxslərdə tərar yoluxma qorxusu, panika və narahatlıq hissi artıb.

Eyni virusa və ya ona bənzər infeksiyalara yoluxmamaq üçün hansı tədbirlər görülməlidir? Son günlər yayılan virus COVİD-dir?

Globalinfo.az-a danışan tibb üzrə elmlər doktoru Adil Qeybulla deyib ki, RNT daşıyıcı viruslar mutasiyaya uğradığı üçün onlara təkrar yoluxma ehtimalı hər zaman qalır.

O bildirib ki, bunun əsas səbəbi bu viruslara qarşı konkret və davamlı immunitetin formalaşmamasıdır:

“Xəstəliyi keçirən şəxslərdə müəyyən dözümlülük yaransa da, sonradan ortaya çıxan yeni mutasiya variantları təkrar yoluxmaya səbəb ola bilər. COVID-19 da məhz bu qəbildən olan viruslardandır. Pandemiya rəsmi olaraq bitsə və infeksiya zənciri qırılsa da, epidemik ocaqlar hələ də mövcuddur. Xüsusilə Omikron ştamının müxtəlif mutasiya variantları dövri olaraq yayılmaqda davam edir. Hazırda həm ölkəmizdə, həm də dünya üzrə COVID-19-a yoluxma və ölüm halları müşahidə olunur”.

Adil Qeybulla

Mütəxəssis deyib ki, infeksiya hələ tam aradan qalxmayıb:

“Koronaviruslar 1960-cı illərdə kəşf edilib və heyvan mənbəlidir. Görünür, həmin zamandan etibarən bu virus insanlarda soyuqdəymə tipli xəstəliklər törədib. Sonrakı mərhələlərdə isə SARS, MERS və SARS-CoV-2 kimi artıq pandemiya yaradan formalar meydana çıxıb. Gələcəkdə bu virusun hansı formada təzahür edəcəyi bilinmir. Bundan əlavə, qrip virusu da hər il yeni mutasiya variantı ilə ortaya çıxır və gələcəkdə qrip pandemiyasının baş verməsi ehtimalı istisna edilmir. Çünki mutasiya edən viruslar hər il yeni xüsusiyyətlər qazanır. Hesab edirəm ki, insanlar həm karantin, həm də ümumi gigiyena qaydalarına son dərəcə ciddi yanaşmalıdırlar”.

Mütəxəssis əlavə edib ki, vaksinasiyanın əsas məqsədi virusa yoluxmamaq və başqalarına da keçirməməkdir:

“Bu düşüncə tərzi formalaşarsa, insanlar zəruri qaydalara daha məsuliyyətlə əməl edər, xəstə olduqları halda işə getməz, qapalı məkanlarda maska taxar və digər qoruyucu tədbirləri yerinə yetirərlər. Bunlar olduqca vacibdir. Hazırkı mərhələdə qrip, koronavirus, metapnevmovirus və respirator-sinsitial virus geniş yayılıb. Bu infeksiyaların hamısı oxşar klinik mənzərə yaratdığı üçün onların dəqiq diferensiasiyası bəzən çətin olur. Müşahidələr göstərir ki, insanlar maksimum dərəcədə ehtiyatlı və diqqətli olmalıdırlar”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:332
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Yanvar 2026 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri