Icma.az
close
up
RU
2020 2025: Azərbaycan ZƏFƏR tarixi xronologiyasını yazdı

2020 2025: Azərbaycan ZƏFƏR tarixi xronologiyasını yazdı

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2020-ci və 2025-ci illər Prezident İlham Əliyevin liderliyi ilə xalqın itirilmiş torpaqlarının qaytarılması Azərbaycanın Zəfər tarixi adlı yeni xronologiyasını yaradıb. O xronologiya ki, tarixin 270 ildən çox axınını dəyişib göstərdi ki, zaman ona hökm oxuyan şəxsiyyətləri xalqların həyatına bəxş edə bilir. Bəxş edir ki, itirdiklərini yenidən onlara qaytara bilsin.

2025-ci ilin 8 avqustu 2020-ci ildən qələbədən qələbəyə addımlayan Azərbaycanın şanlı tarixinə yeni bir hadisəni əlavə etməklə Zəfər xronologiyasını belə sıraladı: 2020-ci il sentyabrın 27-dən 10 noyabradək Azərbaycanın əldə etdiyi tarixi qələbə - 44 günlük Vətən müharibəsi, 2023-cü il 20 sentyabr antiterror əməliyyatı, 2024-cü il aprelin 18-dən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması və 2024-cü il aprelin 19-da Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasını təsdiq edən birgə bəyanat və 8 avqust 2025-ci ildə ABŞ-də Zəngəzur dəhlizinin açılması ilə bağlı imzalanan sənəd.

Bu, Zəfər, eyni zamanda qürur tarixidir.

Xalqın qürur, namus və iffətinin xilası

Zaman göstərdi ki, məhz Heydər Əliyev və Zərifə xanım Əliyeva kimi dahi insanların, gözəl ata-ananın, ləyaqətli vətəndaşların, ictimai xadimlərin, vətənpərvər insanların ailəsində İlham Əliyev kimi övlad böyüyə bilərdi. Bu övlad ailənin bütün üstün cəhətlərindən zaman-zaman aldığı dəyərlərlə yumruğu boyda ürəyinə Azərbaycan böyüklükdə Vətən sevgisini elə sığdıracaqdı ki, bu sevgi bir gün xalqın, millətin xilasına çevriləcəkdi. 30 il işğal altında olan torpaqlara görə başını dik tuta bilməyən xalqın başını zirvələrə qaldıracaqdı. Xalqa qürurunu, namusunu, iffətini qaytaracaqdı. Azərbaycanın işğal olunan torpaqlarının azad olunması ilə tarixin 270 ildən artıq zaman kəsiyinin axarını dəyişəcəkdi.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana məhəbbətinin, sevgisinin, torpaqlarımızın bir gün geri qaytarılması üçün mübarizəsinin davamçısı oldu cənab İlham Əliyev. O, tək ailəsinin deyil, ümumilikdə Azərbaycan xalqının övladı oldu. Dövlətimizin başçısı kimi fəaliyyət dövrünün hər anı ölkəmizin inkişafına, dünyada tanınmasına, bir də ata nəsihətlərinin həyata keçirilməsinə sərf edilib.

Qarabağ məsələsi isə bir an da unudulmadı. Liderimizin bütün bayramlarda xalqa müraciətlərdə Qarabağın bir gün azad olunacağına əminliyini dinlədik. Bu torpaqların düşmən tapdağı altında inləməsini ürək yanğısı ilə yaşadığını hiss etdik. Onların bir gün yenə də bizim olacağına xalqı əmin etdiyini gördük...

Prezidentimiz ən mötəbər tədbirlərdə Qarabağla bağlı dünyaya üz tutdu. Qarabağ həqiqətlərini onlara çatdırdı. Bütün dünyanı haqq səsimizə səs verməyə çağırdı. Bu qədim torpaqların Azərbaycana məxsusluğunu tarixi faktlarla sübut etdi. Bizim Prezidentimiz yeri gələndə tarixçi oldu, yeri gələndə coğrafiyaçı, yeri gələndə siyasətçi, yeri gələndə sıravi azərbaycanlı. Mükəmməl olaraq rus və ingilis dillərdə mötəbər kürsülərdəki səlis nitqləri ilə bir tərəfdən azərbaycanlı olduğu, bizim Lider olduğu üçün, digər tərəfdən isə xalqın istəklərini aydın çatdırdığı üçün qürur duyduq.

Bizim Prezidentimiz Azərbaycanın sülhün tərəfində dayandığını bütün dünyaya bəyan etdi. Dünyanı sülhə çağırdı. Ermənistandan dinc yolla torpaqlarımızı qaytarmasını tələb etdi. Liderimiz ikinci yolu da birinci yolla paralel inkişaf etdirirdi. Bu, hərb yolu idi. Dəfələrlə çıxışlarında, beynəlxalq tədbirlərdə açıq şəkildə bildirirdi ki, torpaqlarımız sülh yolu ilə qaytarılmazsa, hərb yolunu seçməli olacağıq. Belə də oldu. İkinci yolun harada və nə vaxt başlayacağını böyük uzaqgörənliklə hazırlayan cənab İlham Əliyev dünyanın qulaqlarının sülh çağırışına kar olduğunu bir daha yəqin edəndən sonra, ikinci yola çıxmağın zamanı çatdığını bəyan etdi. Bu yol Ermənistanın yeni torpaqlar iddiasına dərhal verilən cavabla başlandı. 27 sentyabr 2020-ci il Qarabağın azadlığına gedən yol oldu. Cəmi 44 gün davam edən İkinci Vətən Müharibəsi Azərbaycan xalqının böyük Zəfəri ilə bitdi.

90-ların səhvini 2020-də düzəldən LİDER

Qarabağ 1990-cı ildə Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat qruplaşmasının tarixin də, bu xalqın da bağışlamayacağı səhvi idi. Vəzifədə qalmaq, kürsülərini qorumaq üçün rus imperiyasının son qalıqlarına satılan, torpaqlarımızı Ermənistana hədiyyə etməklə yerlərini möhkəmlətmək istəyən bir qruplaşmanın böyük səhvi idi. Bu, səhvdən də çox, ağıla gəlməyən qəbahət idi. Satqınlıq, Vətənə xəyanət, millətə qarşı günah idi. Sən vəzifə üçün bir xalqın dədə-baba yurdunu, əzəli torpaqlarını necə sata bilərsən? Necə razılaşmaq olardı ki, erməni gecənin birində sənin soydaşının qapısında peyda olsun, onu silahın burnunda evindən çıxarıb qışın şaxtasında, ayazında yurdundan qovsun, insanlar yurdsuz, ev-eşiksiz qalsın, illərlə dişi-dırnağı ilə qurub-yaratdığı evini qoyub, dədə-baba ocağını tərk etsin. Nədir ki, sən vəzifədə qalasan, ağılsız olduğun halda hakimiyyəti zəbt edəsən.

Bəli, Qarabağ 90-cı illərin hakimiyyət vurğunlarının qurbanı olmuşdu. Minlərlə insanın ah-naləsini hələ də çiyinlərində daşıyan qruplaşmanın satqınlığının qurbanı olmuşdu. Bunu xalq sonradan bildi, AXC-Müsavat birliyinə etimadını itirdi. Onlarin hakimiyyətdən uzaqlaşmasını tələb etdi. Çünki gözlərinin qarşısında minlərlə şəhid, qazi, məcburi köçkünlükdə əzab çəkən insan vardı. Azərbaycanın işğal olunan baş tacı Qarabağ vardı. Bir də bu işğala görə başını dik tuta bilməyən xalq vardı. Nə vaxt, harada Qarabağdan söz düşürdüsə, başımızı aşağı dikirdik. Utanırdıq torpaqlarımızın işğal altında olmasından. Bütün bunları isə xalqa onlar bəxş etmişdi.

Cənab İlham Əliyev 90-ların səhvinin düzəldilməsi üçün uzun illər mübarizə apardı. 90-cı illərdə iqtisadi tənəzzülə uğrayan ölkənin bu vəziyyətini 1993-cü ildən etibarən aradan qaldıran, Azərbaycanda yeni Azərbaycan yaradan, bu qruplaşmanı xalqın yaxasından qoparıb atan Ümummilli Liderin gələcəyə hesablanmış inkişaf konsepsiyasını 2003-cü ildən uğurla davam etdirən dövlətimizin başçısı böyük zəhmət nəticəsində 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsinə nail oldu.

Böyük itkilər verdiyimiz 44 gündə Zəfər qazandıq. Bu itkilərin də səbəbkarları onlardır-AXC-Müsavat. Onların səhvləri düzəldilsə də, torpaqlarımız azad edilsə də, Böyük Qayıdış başlansa da, yaxın gələcəkdə soydaşlarımız tamamilə ata-baba yurdlarına qayıtsalar da, AXC-Müsavat birləşməsinin üzvlərinin bu xalqa vurduğu maddi və mənəvi zərər heç vaxt unudulmayacaq. Torpaqlarımızın azad olunmasından sonra onların hələ də ölkədə sifarişli iğtişaş yaratmaq cəhdləri isə xalqımız tərəfindən əsla unudulmayacaq. Çünki onlar müharibə zamanı həmrəy olan, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşən xalqla birlikdə olmadılar. Hələ üstəlik müharibədən sonra yeni iddialarla çıxışlar etdilər. Hanı Xankəndi, hanı Xocalı, deyib, Zəfərimizə kölgə salmaq istədilər. Lakin düşünmədilər ki, bu proseslərin hamısı eyni zamanda ola bilməzdi.

2023-cü ilin 20 sentyabrında birgünlük lokal xarakterli antiterror əməliyyatlarından sonra ermənilərin könüllü şəkildə Xankəndi, Xocalı və digər yurdlarımızdan çıxmasından sonra isə radikal müxalifət sülhməramlı qüvvələrin nə üçün Qarabağda qaldığını günün əsas mövzusuna çevirdi. Lakin bu dəfə də anlamaq istəmədi ki, axı bunların həlli üçün zaman lazımdır. Özləri də bilə-bilə ki, bu işlər heç də asan deyil, Ermənistanın arxasında havadarları var, lakin yenə də əldə edilmiş qələbəyə kölgə salmaq prinsipindən əl çəkmədilər.

Beləliklə, 2024-cü ilin aprel ayının 18-dən Rusiyanin sülhməramlı qüvvələri Qarabağı tərk etməyə başladıqdan sonra isə mövzuları bitməkdə olan radikal müxalifətə xarici qüvvələrin qrandları hesabına iğtişaş törətmək əmri verildi. Bu dəfə isə “nə edək ki, həm qrandlar əldən çıxmasın, həm də gündəmdə qalaq” prinsipi ilə yeni iddialara başladılar. Toplaşmaq, guya xalqa yol göstərmək fikrinə düşdülər. Görəndə ki, toplaşmaq da onların özü kimi 90-larda qalıb, çəkilib bir kənarda dayanmaqdan başqa çarə görmədilər.

Bunun ardınca Qazaxın 4 kəndinin azad olunası barədə sənədin imzalanması isə xaricdən ermənilərə havadarlıq edənlər kimi, onlara da tutarlı cavab oldu.

Zəngəzur dəhlizi: Zəfər xronologiyasının davamı

Kimin nəyi necə arzulamasından asılı olmayaraq bu xalqın taleyinə Zəfər xronologiyasını sıralamaq yazılıb. Bu gün Qarabağda yenidənqurma və bərpa işləri davam edir. Müharibədən dərhal sonra başlanan işlərin sürətlə aparılası soydaşlarımızın evlərinə daha tez qayıtmasına xidmət edir. Qarabağın inkişaf etdirilməsi, hər bir işğaldan azad edilmiş rayonumuzla bağlı Liderimizin fikirləri bu yurdların yaxın gələcəkdə böyük inkişafından xəbər verir.

Zəngəzur dəhlizinin açılması ilə bağlı görülən işlər isə nəinki xalqımızın, region dövlətlərinin də gələcək inkişafına hesablanmış addımdır. Ermənilər üçtərəfli 10 noyabr Bəyannaməsində üzərinə düşən öhdəliyi icra etməsələr də, bizim Liderimiz bütün məsələlərin həllinin öhdəsindən gəlir. Çünki artıq dünyanın böyük ölkələri də bizi dinləyir, haqqın tərəfimizdə olduğunu anlayır. Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində görüşünə dair imzalanan Birgə Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəanın yer alması Zəfər xronikasının davamı idi.

Bu Bəyannamə dövlətimizin başçısının son beş ildə Zəngəzur dəhlizinin açılması-Naxçıvanın aid olduğu ölkə ilə quru yolunun bərpa olunması istiqamətində yorulmaz fəaliyyətinin uğurlu nəticəsidir. Baxmayaraq ki, bu yolda da olmazın maneələri ilə qarşılaşdıq.

Beləliklə, Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına qayıtması, Zəngəzur dəhlizinin açılması, Naxçıvan blokadasının yarılması kimi gündəmdə olan məsələlərimiz yaxın gələcəkdə öz müsbət həllini tapacaqdır. Çünki bütün bunların hər biri ayrı-ayrılıqda Prezidentin diqqətindədir və görülən işlər, aparılan danışıqlar müsbət yöndədir.

Azərbaycan xalqı inandığı, etibar etdiyi, arxalandığı və sevdiyi Lideri ilə xoşbəxt gələcəyə doğru bir yolçuluğa çıxıb. Bu yolçuluqda hər an Ümummilli Liderimiz Heydər Əliyevin parlaq ruhu bizimlədir. Çünki ağsaqqal olan yerdə Allah var, deyərlər. Ata vəsiyyətini reallaşdıran və bunu Şuşanın alındığı gün Bakıda Şəhidlər Xiyabanında böyük qürurla söyləyən Prezidentimiz xalqımızın çoxəsrlik ailə dəyərlərini qoruması ilə də nümunə oldu.

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:478
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Noyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri