Icma.az
close
up
RU
2024 cü ildə nə qədər rus hərbçisi öldürülüb? Şok rəqəm açıqlandı

2024 cü ildə nə qədər rus hərbçisi öldürülüb? Şok rəqəm açıqlandı

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2024-cü il Rusiya ordusu üçün müharibə başlayandan bəri ən ağır itkilərlə yadda qalıb.

Bu barədə “UNİAN”-da yayımlanan materialda bildirilir.

Qeyd olunur ki, ötən ildə ən azı 45287 rus hərbçisi öldürülüb ki, bu, müharibənin ilk ilindən təxminən üç dəfə çoxdur.

“BBC”-nin yazdığına görə, ötən il Rusiya hər işğal etdiyi kilometr üçün azı 27 əsgərini itirib.

Jurnalistlər qeyd edir ki, 2022 və 2023-cü illərdə rusların itkiləri dalğavari xarakter daşıyırdısa, 2024-cü ildə bu proses fasiləsiz və davamlı olub – yəni itkilərin azaldığı heç bir dövr olmayıb. İlin əvvəlində Rusiya qoşunları Avdeyevka və Rabotino uğrunda qanlı döyüşlər aparıblar. Daha sonra Pokrovsk və Toretsk istiqamətlərində hücumlarını gücləndiriblər. Avqustda Ukrayna qoşunları Rusiyanın Kursk vilayətinə daxil olub Bu irəliləyiş zamanı sərhədi qorumaq üçün qoyulmuş onlarla rus əsgəri məhv edilib. Təkcə 6–13 avqust tarixləri arasında 1226 rus hərbçisi öldürülüb.

Nəşr yazır ki, ABŞ hərbi analitiki Maykl Kofmanın qeyd etdiyi kimi, Rusiya ən böyük itkiləri 2024-cü ilin sentyabr-noyabr aylarında verib.

Kofman bildirib ki, rus qüvvələrinin taktikası kiçik hücum qrupları ilə təkrar-təkrar hücumlar etməkdən ibarət idi. Bu isə nisbətən az ərazi qazancları müqabilində yüksək itkilərə səbəb olub.

ABŞ Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesablamalarına görə, 2024-cü ilin sentyabr-noyabr aylarında ruslar Ukraynanın 2356 kvadrat kilometr ərazisini işğal etsələr də, Ukrayna ordusu mükəmməl müdafiə taktikaları ilə cəbhənin dağılmasının qarşısını alıb. Qeyd olunur ki, bu irəliləyişə görə, Rusiya 11678 hərbçisini itirib.

ISW-nin qiymətləndirməsinə görə, 2024-cü ildə Rusiya cəmi 4168 kvadrat kilometr ərazi işğal edib ki, bu, hər işğal olunmuş kilometr üçün orta hesabla 27 əsgərin həyatı bahasına başa gəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 02 May 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri