Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

2024 cü ildə Xankəndidə, Xocalı və Ağdərə rayonlarında hansı işlər görülüb?

2024 cü ildə Xankəndidə, Xocalı və Ağdərə rayonlarında hansı işlər görülüb?

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

İşğaldan azad edilən Xankəndi şəhərində son bir ildə geniş abadlıq tikinti quruculuq işləri aparıb.

2024-cü ilin yekunları haqqında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki,2023-cü ilin sentyabrında Azərbaycan ordusunun həyata keçirdiyi 1 günlük lokal xarakterli antiterror əməliyyatı nəticəsində nəzarətə götürülmüş ərazilərdə, o cümlədən Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında ötən dövr ərzində ölkə başçısının müəyyən etdiyi tapşırıqların icrası çərçivəsində iqtisadiyyatın bərpası, məskunlaşma, məşğulluğun təmin edilməsi, zəruri infrastrukturun yaradılması və bərpa-quruculuq sahəsində əhəmiyyətli işlər görülüb. İlk növbədə ərazidə inzibati idarəetmənin təşkili, əhalinin müxtəlif sahələr üzrə ehtiyaclarının ödənilməsi və xidmətlərdən faydalanması məqsədilə bir çox dövlət orqanları və təşkilatlarının regional fəaliyyəti təmin edilmişdir.

Xankəndidə, Ağdərə və Xocalı rayonlarında iqtisadi fəaliyyətin dəstəklənməsi, o cümlədən özəl sahibkarlıq subyektləri tərəfindən investisiyaların cəlb edilməsi sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. Belə ki, hazırda ərazidə istehsal, xidmət, ictimai iaşə və kənd təsərrüfatı kimi sahələr üzrə yüzlərlə sahibkarlıq obyekti fəaliyyət göstərir. Qeyd olunan obyektlər üzrə on milyonlarla manat investisiya reallaşdırılmış və yüzlərlə insan işlə təmin edilmişdir. Ərazidə xarici investisiyanın cəlb edilməsi ilə yaradılan və məşğulluğun təmin edilməsində böyük rol oynayan müəssisə kimi Xankəndi Tikiş Fabrikini qeyd etmək olar. Cari ilin noyabr ayında Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə videobağlantı vasitəsilə açılışı olmuş və Özbəkistan investisiyası əsasında fəaliyyətə başlamış müəssisdə ilkin mərhələdə 400, gələcəkdə isə 800 nəfərin işlə təmin edilməsi planlaşdırılır. Hazırda müəssisədə 300 nəfər işləyir. Müəssisə həm yerli, həm də Özbəkistan xammalı əsasında fəaliyyət göstərir. Regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək fabrikdə istehsal olunacaq məhsulların 80 faizi müxtəlif ölkələrə ixrac ediləcək.

Bütün işğaldan azad edilmiş ərazilərdə olduğu kimi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında da aparılan bərpa-quruculuq işləri cənab Prezidentinin bir başa nəzarəti altında həyata keçirilir və bu işlərlə yerində tanışlıq məqsədilə ölkə başçısı tərəfindən ərazilərə tez-tez səfərlər təşkil edilir.

Cənab Prezidentin iştirakı ilə cari ilin 28 may tarixində Xocalı şəhərinə ilk 46 ailənin köçürülməsi ilə əraziyə keçmiş məcburi köçkünlərin geri qayıdışı prosesi start götürüb. Dekabrın 13-də Xocalının Ballıca kəndinə 27 və dekabrın 27-də isə daha 21 ailə köçürülüb. Yaxın müddətdə Xankəndidən olan keçmiş məcburi köçkünlərin məskunlaşması prosesi də start götürəcəkdir. Hazırda isə Xankəndidə 8 minə yaxın insan məskunlaşmışdır və bu say günü-gündən artmaqdadır.

Bundan başqa ötən dövr ərzində ölkə rəhbərinin iştirakı ilə mühüm əhəmiyyətli obyektlərin təməlqoyma mərasimi və açılışı baş tutub.

5 iyul 2024-cü il tarixli səfəri zamanı cənab Prezident tərəfindən Xocalı Hava Limanının ərazisinə baxış keçirilib və hava limanının fəaliyyətinin bərpası ilə bağlı tapşırıqlar verilib. Ərazinin loqistik imkanlarının artırılması baxımından hava limanının fəaliyyətinin bərpası mühüm əhəmiyyət kəsb edir.

Bundan başqa səfər çərçivəsində cənab Prezident Qarabağ Universitetində görülən işlərlə tanış olub, Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” və “Palace” otellərinin açılışında iştirak edib, yaradılan şəraitlə tanış olub.

Qeyd edilən səfər zamanı dövlət başçısı həmçinin Xankəndi Konqres Mərkəzinin təməlini qoyub. Qarabağın özünəməxsus memarlıq üslubunda inşa ediləcək Konqres Mərkəzi və onunla bir kompleksdə yer alacaq “Xankəndi” hotelinin layihəsi barədə ölkə başçısına məlumat verilib.

20 sentyabr 2024-cü il tarixində cənab Prezident tərəfindən Xankəndiyə növbəti səfər baş tutub. Səfər çərçivəsində Qarabağ Universitetinin, yeni istifadəyə verilmiş orta məktəb və uşaq bağçasının açılışı olub. Qarabağ Universitetində müasir tədris korpusları, eləcə də Universitetin tələbə və müəllimləri üçün müasir standartlara uyğun yataqxana və mənzillər təqdim edilib.

Eyni zamanda cənab Prezident Xankəndi şəhərinin “Zəfər meydanı”nda Konqres Mərkəzinin tikintisi və Bulud hotelin təmir-bərpa işləri ilə də tanış olub. Mərkəzdə ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ən müasir tələblərə uyğun şərait yaradılacaq.

Səfər çərçivəsində cənab Prezident tərəfindən yerli əhəmiyyətli mədəniyyət abidəsi olan Maksim Qorki adına Xankəndi Dövlət Dram Teatrı binasına baxış keçirilib və binanın bərpası ilə bağlı mühüm tapşırıqlar verilib.
Xankəndi şəhərində bərpa-quruculuq işlərinin davam etdirilməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, abadlaşdırma və əhalinin geri dönüşü istiqamətində yaşayış məntəqələrində aparılan işlərin maliyyələşdirilməsi məqsədilə 2024-cü ildə ölkə başçısı tərəfindən bir sıra mühüm Sərəncamlar imzalanmışdır.
Xankəndi şəhərində əhalinin istirahəti və şəhərin görkəminin yaxşılaşdırılması məqsədilə “Zəfər parkı”nın, “Zəfər muzeyi” və “Mədəniyyət mərkəzi”nin yaradılması istiqamətində işlərə başlanılmışdır.

Hazırda dünyada nüfuzlu şirkətlərdən biri olan “Chapman Taylor” tərəfindən Xankəndi şəhərinin Baş planının hazırlanması istiqamətində işlər davam etdirilir.

2024-cü ildə olduğu kimi 2025-ci ildə də müvafiq ərazidə bir sıra mühüm infrastruktur obyektlərinin istismara verilməsi, yeni xidmət obyektlərinin fəaliyyətə başlaması və yaşayış məntəqələrində bərpa-quruculuq işlərinin aparılması ilə keçmiş məcburi köçkünlərin geri qayıdışı planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:319
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Yanvar 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see650

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see416

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see364

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see266

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see259

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see257

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see242

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see237

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see225

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see219

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see207

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see204

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see203

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see201

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see199

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see194

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see193

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see182

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see182

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri