Icma.az
close
up
RU
Xankəndidə hansı işlər görülüb?

Xankəndidə hansı işlər görülüb?

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

“Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Xankəndi şəhərində genişmiqyaslı bərpa-quruculuq işləri gedir. İnfrastruktur – yollar, su, elektrik, qaz və rabitə xətləri yenilənib, bütün yaşayış və qeyri-yaşayış fonduna texniki baxış keçirilib. İstifadəyə yararsız tikililər sökülüb, şəhərin yeni baş planına uyğun müasir layihələr icra olunmağa başlayıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, bu fikirləri Xidmətin icraçı direktoru Telman Kərimli, Memarlıq və İnşaat Universitetinin 50 illik yubiley tədbirində çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, Xankəndidəki əsas binaların əksəriyyəti - Zəfər Muzeyi, Prezidentin Xüsusi Nümayəndəliyinin binası və Qarabağ Oteli vaxtilə Azərbaycan büdcəsi və azərbaycanlı memarların layihələri əsasında inşa olunub:

“Eləcə də meydanda yerləşən Mədəniyyət Mərkəzinin binası “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun memar və konstruktorları tərəfindən hazırlanmış müasir layihələr əsasında bərpa edilərək yenidən şəhər həyatına qaytarılır. Biznes Mərkəzi tam təmir olunaraq müasir ofis və xidmət məkanına çevrilib. Xankəndi şəhər stadionu yenilənərək idman tədbirləri üçün tam yararlı vəziyyətə gətirilib. Şəhərin mədəni yaddaşını yaşadan Dövlət Dram Teatrında da bərpa ardıcıl şəkildə aparılır”.

T. Kərimli onu da bildirib ki, işğal dövründə şəhərsalma prinsiplərinə uyğun olmayan tikililər sökülüb və onların yerində müasir ictimai məkanlar, iaşə obyektləri və funksional şəhər strukturlarının qurulması davam edir:

“Bu layihələr sırasında Zəfər Parkı xüsusi əhəmiyyət daşıyır. Park həm simvolik məkan, həm də Xankəndinin müasir inkişaf vizyonunu ifadə edən yeni şəhər nüvəsidir. Bu gün Xankəndi ilə yanaşı, Ağdərənin, Xocalının kəndlərində də bərpa və infrastruktur layihələri icra olunur. Kəndlərdə yollar salınır, mühəndis-kommunikasiya xətləri yenilənir, fərdi yaşayış evləri sakinlərin qayıdışı üçün tam şəkildə bərpa edilir”.

T. Kərimlinin sözlərinə görə, bu böyük quruculuq prosesinin əsas dayaqlarından biri peşəkar kadr potensialıdır:

"Qürurla deyə bilərik ki, Xankəndi, Ağdərə və Xocalıda həyata keçirilən layihələrin əhəmiyyətli hissəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin iki yüzdən çox məzunu — memarlar, konstruktorlar, inşaat mühəndisləri və layihə rəhbərləri iştirak edir. Onların bilik və peşəkarlığı Qarabağın yenidən qurulmasına real töhfə verir. Bu gün Xankəndi tarixi irsi qorumaqla, müasir şəhərsalma standartlarına uyğun şəkildə yenidən formalaşır. Bütün görülən işlər dövlətçiliyin gücünü və memarlıq məktəbimizin peşəkarlığını əks etdirir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://axar.az
archiveBu xəbər 18 Noyabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri