Icma.az
close
up
RU
2024 futbol dünyasında hansı hadisələrlə yadda qaldı?

2024 futbol dünyasında hansı hadisələrlə yadda qaldı?

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2024-cü ilin futbol dünyasında hansı hadisələrlə yadda qaldığını xatırlatmağın məqamıdı.

"Football-plus.az" xəbər verir ki, il müxtəlif olaylar baxımından zəngin keçdi. 366 gün ərzində sevindirici məqamlar olduğu kimi, məyusluq doğuran faktlar da qeydə alındı. İndi geri boylanaraq daha çox yaddaqalan hadisələrə qayıdacağıq. Beləliklə...
2024-cü ilin komandası...
“Real” ilə damğa vurdu. İspaniya klubu il ərzində çıxış etdiyi 6 turnirin 5-də qalib gəldi. Daxili yarışlarda La Liqa çempionluğunu və İspaniya superkubokunu qazanan madridlilər tarixində 15-ci dəfə Çempionlar Liqasında, həmçinin Avropa Superkuboku və Qitələrarası Kubokda rəqib tanımadılar. “Real”ın bu il qalib gələ bilmədiyi yeganə turnirin İspaniya kuboku olduğunu da xatırladaq.
...məşqçisi...
“Kral klubu” ilə 5 titul qazanan Karlo Ançelotti “İlin ən yaxşı məşqçisi” nominasiyasında qalib gəlməyə bilməzdi. Zarafat deyil, o, artıq “Real”ın tarixinə ən titullu mütəxəssis kimi düşüb. İlin sonuncu beynəlxalq yarışı olan Qitələrarası Kubokda “Real”la 15-ci kuboku qazanan Ançelotti Migel Munyosu arxada qoyaraq yeni rekordun müəllifi oldu. Əlavə edək ki, 65 yaşlı italiyalı mütəxəssis indiyədək müxtəlif klublarla (Yuventus, Milan, Çelsi, PSJ, Bavariya, Real) 31 titula (İntertoto Kubokunu da nəzərə almaqla) sahib olub.
...oyunçusu...
Rodri ilə Vinisius Junior ilin iki nüfuzlu fərdi mükafatına sahib çıxdılar. “Real”ın braziliyalı vingeri FİFA-nın milli komandaların baş məşqçiləri, kapitanları və media nümayəndələri arasında keçirdiyi geniş sorğuda qalib gəldi. Amma 2016-cı ildə təsis olunan “The Best” mükafatı sahibini 1956-cı ildən tapmağa başladığı “Qızıl top”la müqayisə oluna bilməz. “Futbol+” qəzeti media orqanı olduğundan məhz “France Football”un keçirdiyi səsvermədə jurnalistlərin rəyi əsasında qalib gələn Rodriyə üstünlük verdik. 28 yaşlı yarımmüdafiəçinin ilin ilk yarısında “Mançester Siti” və İspaniya yığmasındakı mükəmməl çıxışına daha çox dəyər verdik.
...oyunu...
Almaniyada təşkil edilən AÇ-2024-ün İspaniya və İngiltərə yığmaları arasında keçirilən finalı adına layiq oldu. Rəqiblər azarkeşləri yalnız fasilədən sonra qollarla həyəcanlandırsalar da, matç ümumilikdə çox baxımlı alındı. Fasilədən dərhal sonra Niko Uilyams Lamin Yamalın ötürməsi ilə hesabı açdı. Meydana 70-ci dəqiqədə çıxan Koul Palmer az sonra uzaqdan zərbə ilə ingilisləri ayağa qaldırdı. Lakin 86-cı dəqiqədə Mikel Oyarsabal pireneyliləri hesabda yenidən önə keçirdi. Təslim olmaq istəməyən britaniyalılar mübarizəni əlavə vaxta daşıya bilərdilər. Amma Daniel Olmo müdafiəçi Mark Qehinin zərbəsindən sonra topu başı ilə geri qaytardı və İspaniyanın qitə çempionatında rekord sayda - 4-cü çempionluğu rəsmiləşdi.
...rekordu...
Kriştiano Ronaldo bombardirlik qabiliyyətini Səudiyyə Ərəbistanında da ən yüksək səviyyədə nümayiş etdirir. “Əl-Nəssr”in ulduz futbolçusu artıq elə bir rekorda imza atıb ki, ona yaxın gələcəkdə kiminsə çatıb-çatmayacağını zamanın ixtiyarına buraxırıq. 39 yaşlı portuqaliyalı hücumçu 6-cı dəfə Avropa çempionatında iştirak etdi! Amma bu da var ki, ilk dəfə qitə birinciliyində qol vura bilmədi. Əvvəlki 5 turnirdə ümumilikdə 14 dəfə qapıya yol tapan Ronaldonun həm qol, həm də AÇ-də 30 oyunluq göstərici ilə rekordçu olduğunu da bildirək.
...seriyası...
Aprelin 17-də “Əl-Hilal”ın seriyası qırıldı: Səudiyyə Ərəbistanı klubu bütün turnirlərdə ardıcıl 34 qələbə (!) qazandıqdan sonra Asiya Çempionlar Liqasının (ÇL) ilk yarımfinal matçında “Əl-Əyn”ə (BƏƏ) uduzdu (2:4). Sonuncu dəfə 2023-cü il sentyabrın 21-də yerli çempionatda “Damak”a qalib gələ bilməyən (1:1) “Əl-Hilal” rəsmi dünya rekordçusu kimi Ginnesin Rekordlar Kitabının sertifikatını aldı. Maraq üçün ər-riyadlıların qələbə seriyasını dayandıran “Əl-Əyn”in ÇL-in qalibi olduğunu da bildirək.
...istefası...
Qaret Sautqeytin İngiltərə yığmasındakı 8 illik fəaliyyəti yayda sona çatdı. 54 yaşlı mütəxəssis komandadan titul qazanmadan getdi. Halbuki bunun əksi də baş verə bilərdi. “Futbolun yaradıcıları” ardıcıl iki qitə çempionatının finalında oynadılar, amma hər iki halda gümüş medallarla təskinlik tapdılar: AÇ-2020-nin finalında İtaliyaya penalti seriyasında, AÇ-2024-ün son matçında isə İspaniyaya uduzdular. Sautqeyt isə bu dəfəki finaldan iki gün sonra postundan ayrılmağı lazım bildi.
...təyinatı...
Hələ ötən mövsümün gedişində Yürgen Kloppun “Liverpul”dan ayrılacağı məlum idi. Komanda ilə daxili və beynəlxalq yarışlarda 8 kubok qazanan alman mütəxəssis rəhbərliyə özünə daha layiqli xələf tapması üçün yaxşı imkan yaratdı. Bosların Arne Slotun xeyrinə doğru seçim etməsi qısa zamanda təsdiqini tapdı. Sadəcə, mövcud vəziyyətə diqqət yetirək: “Liverpul” 46 yaşlı niderlandlı mütəxəssisin başçılığı altında premyer-liqada və ÇL-in vahid liqa mərhələsində inamla liderlik edir!
...transferi...
Nəhayət, “Real” rəhbərliyi ilə Kilian Mbappe çoxdankı arzusuna çatdı. Fransalı hücumçu bu yay İspaniya nəhənginin formasını geydi. Özü də 7 il çıxış etdiyi PSJ-dən azad agent kimi ayrıldı. Doğrudu, Madriddə olduğu ilk aylar 26 yaşlı dünya çempionu üçün heç də asan keçmədi. Bir ara müxtəlif səbəblərdən psixoloji problemlər də yaşayan Kilian tədricən uyğunlaşma prosesini arxada qoyub. Və artıq ağ futbolkada qollarını sıralamaqdadı. Bu mövsüm “Real” ilə iştirak etdiyi bütün turnirlərdə 23 oyuna 13 qol vuran futbolçu hesabına 3 məhsuldar ötürmə də yazıb.
...cəzası...
2023-ci ilin avqustunda Pol Poqbanın dopinq testi müsbət nəticələnmişdi. Onda qeyri-müəyyən müddətə futboldan kənarlaşdırılan fransalı yarımmüdafiəçinin aqibəti 2024-cü ilin fevralında məlum oldu. 4 illik cəzaya məruz qalan dünya çempionu dərman kimi qəbul etdiyi maddənin qadağan olunduğunu bilmədiyini iddia etdi. Onun İdman Arbitraj Məhkəməsinə şikayəti qismən nəticə verdi. Cəzası azaldılan Pol artıq martda rəsmi oyunlarda meydana çıxa biləcək. Amma bu hadisə onunla müqaviləni pozan “Yuventus”da baş verməyəcək.
...itkisi...
Frants Bekkenbauer yanvarın 7-də 78 yaşında vəfat etdi. Ötən əsrin 60-70-ci illərində yaşıl meydanlarda xarüqələr yaradan məşhur almaniyalı adını futbol tarixinə qızıl hərflərlə yazıb. “Bavariya” və Almaniya yığması ilə həm futbolçu, həm də məşqçi kimi daxili və beynəlxalq turnirlərdə çox sayda titul qazanan “Kayzer Frants” özünü klub prezidenti və funksioner kimi də sübut edib. Yeri gəlmişkən, bundan sonra Almaniya Superkuboku Bekkenbauerin adını daşıyacaq.
...rəmzi komandası...
İl ərzində özünü ən yaxşı tərəfdən göstərə bilən futbolçuların rəmzi komandasında “Real”ın daha çox oyunçu ilə təmsil olunması təbii qarşılanmalıdı. 2024-ü 5 kubokla başa vuran madridlilərin 5 üzvünü ilk “11-liy”ə layiq bildik: qapıçı - Emiliano Martines (Aston Villa); müdafiəçilər - Daniel Karvaxal, Antonio Rüdiger (hər ikisi “Real”), Ruben Diaş (Mançester Siti), Vilyam Saliba (Arsenal); yarımmüdafiəçilər - Rodri (Mançester Siti), Toni Kroos (“Real”, yayda karyerasını başa vurub), Cud Bellingem (Real); hücumçular -Məhəmməd Salah (Liverpul), Erlinq Holann (Mançester Siti), Vinisius Junior (Real).
...və sitatı
Mişel Platininin FİFA və UEFA-nın rəhbərləri haqda heç də xoş fikirlər səsləndirməyəcəyi aydın idi. UEFA-nın korrupsiyada ittiham olunaraq ağır cəzaya məhkum olunan sabiq prezidentinin müasir futbolla bağlı dedikləri də maraqlı idi:

“Çeferin ilə İnfantino heç kimdilər, onlar yalnız pul haqqında düşünürlər. Onlar yeni axmaq Çempionlar Liqası formatını yaratdılar. Növbəti mövsümdən bu turnirdə daha çox matç keçiriləcək. Mən istərdim ki, futbolu futbol təcrübəsi olan adamlar idarə etsinlər. Yəni oyunu həqiqətən başa düşənlər. Bu gün bu idman sahəsi tarixi olmayan idarəçilərin və taktika ilə məşğul olan məşqçilərin əlindədi. Pianonu Motsarta verdiyimiz kimi, topu da futbolçu uşağa verməliyik. Məşqçilər indi yalnız oxlar və hərəkətlərlə dolu lövhədə sxematik rəsmləri necə çəkməyi bilirlər. Amma futbol bir oyundu, ona görə də qoyun, futbolçular sərbəst oynasınlar”.


RAMİL YUSİFOV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:459
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Yanvar 2025 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri