Icma.az
close
up
RU
2024cü il hansı hadisələrlə yadda qaldı? Azpost MEDİAnın video sujeti /VİDEO

2024cü il hansı hadisələrlə yadda qaldı? Azpost MEDİAnın video sujeti /VİDEO

Azpost saytına istinadən Icma.az xəbər verir.

2024-cü il başa çatır. Daha bir il ömür payımıza yazıldı.

Bəs ötüb keçən il ölkəmiz üçün hansı hadisələr və mesajlarla yadda qaldı?

Azərbayanda 2024-cü ilin yanvarın 31-də  Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd edildi.

Azərbaycan Xalq Cümhuriyyəti Rusiya İmperiyasının tərkibində pərakəndə halda olan torpaqlarımızın vahid inzibati -coğrafi sərhədini yaradaraq Azərbaycan dövlətini tarixin avansəhnəsinə çıxardı.

Bu elə bir təkzib edilməz fakt idi ki, Rusiya həmin sərhədləri heç vaxt təftiş edə bilmədi. AXC-dən sonra yaranmış sovet Azərbaycanı məhz Cumhuriyyətin cızdığı sərhədlər çərçivəsində SSRİ-nin tərkbinə girdi.

AXC-nin şanlı tarixi bizə bu günkü müstəqil Azərbaycanı və onun sərhədlərini miras qoydu.

Məhəmməd Əmin Rəsulzadə və Cumhuriyyətin digər rəhbərlərinin məşəqqətləri hesabına tarixdə qoyduqları bu İZ dünənə qədər imperiyanın ucqarlarında itib batan bir xalqı dünya xəritəsinə çıxartdı.

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. Prezident İlham Əliyev böyük səs çoxluğu ilə qalib gəldi. Bu, seçki Vətən müharibəsindən sonrakı dövrün yeni çağırışlarına əsaslanan ciddi bir mesaj oldu.

Azərbaycanın bütün ərazilərini -Dağlıq Qarabağdan tutumuş Lerikə qədər əhatə edən son seçki 1989-cu ildə SSRİ Xalq Deputatları Qurultayına keçirilmiş seçkilər olmuşdu. O zamandan sonra ölkəmiz bütün seçkilərə Qarabağsız gedib.

Bu il Prezident seçkiləri ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində keçirildi.

İlham Əliyev bu seçki ilə Ermənistanla imzalanacaq sülh sazişi üçün bir daha xalqın legitim dəstəyini aldı.

Bu, müharibədən sonra yaranmış mürəkkəb beynəlxalq vəziyyət baxımından, Azərbaycana təzyiqlər fonunda həddən artıq vacib məsələ idi.

Ölkə üçün ən mühüm hadisə Bakıda keçirilən BMT-nin COP29 konfransı oldu.

Bakı konfransı iqlim problemləri ilə bağlı mühüm mesajlarını verdi, ciddi məslələri müzakirə etdi.

Azərbaycan bu konfransın təşkilatçısı olaraq dünya dövlətlərinə müzakirələr üçün masa təşkil edə bildi.

İnkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollarlıq iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi tarixi sənəddir. Bu sənəd 2035-ci ilə qədər hər il azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir.

Amma bütün bunların fonunda Azərbaycana yönəlik əcaib hucumun şahidinə çevrildik.

Ermənistanın, həmçinin bir sıra Qərb ölkələrinin, QHT-lərin, media strukturlarının Azərbaycanın ərazi bütövlüyünü mübahisələndirmək cəhdi heyrət doğurdu.

Bu cəhdlər BMT prinsiplərinin təftişi idi.

COP29 pərdəsi altında gizlənərək regional logistika savaşını “iqlim davası” kimi qələmə verən dairələrin bu iddiası başqa maraqlardan xəbər verirdi.

Bu dairələr üçün Azərbaycan hakimiyyətini diskreditə etmək, regional liderliyini sıxışdırmaq, Cənubi Qafqazda yerini bərkitmək niyyəti iqlim problemlərindən daha üstün sayılır.

Amma heç kim, özünə hörmət qoyan heç bir dövlət başqa ölkənin ərazi bütövlüyünü şübhə altına qoymur.

COP29 bitdi, amma torpaqlarmıza, sərhədimizə caynaq atmaq istəyənlər unudulmayacaq!

İlin yekunları “Azpost MEDİA”-nın hazırladığı VİDEO-da!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:373
embedMənbə:https://azpost.info
archiveBu xəbər 31 Dekabr 2024 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri